Los-Ancelesdə “40-cı qapı”

14 Baxış

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” adlı layihəyə start verilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan  Senet.az-a verilən məlumata görə layihə müddətində, müntəzəm olaraq Azərbaycan kino sənətinin nümunələri Los-Ancelesdə nümayişi planlaşdırılır.

İşin icrası kimi ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilən, bir neçə beynəlxalq mükafata layiq görülən “40-cı qapı” filmi nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcək.