Lüksemburqda “Mənim Azərbaycanım” adlı sərgi açılıb

3 Baxış

Lüksemburqda tanınmış azərbaycanlı fotoqraf Orxan Aslanovun və onun komandasının çəkdiyi fotolardan ibarət “Mənim Azərbaycanım” adlı sərgi açılıb. “Mənim Azərbaycanım” fotoqraf Orxan Aslanov və onun komandasının Azərbaycanı fərqli və qeyri-ənənəvi yolla gəzərək təbiətinin bütün gözəlliklərini, qədim yerlərini, həyat tərzini və hətta Qafqazın ən ucqar nöqtələrində yaşayan insanların adət-ənənələrini təsvir edən davamlı bir layihədir. Buro 247-nin məlumatına görə, Azərbaycanın Lüksemburqdakı Mədəniyyət Mərkəzində nümayiş edilən sərgi Xəzər dənizi ilə Böyük Qafqaz dağları arasında baş tutmuş ekspedisiya zamanı toplanan ən yaxşı şəkilləri özündə əks etdirir. Sərginin açılış mərasimində Azərbaycanla yanaşı, bir sıra ölkələrin diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.

Sərgi iyunun 10-dək davam edəcək.