“Mədəniyyət.az” jurnalının builki son nömrəsi…

15 Baxış

15139389564778010280_1000x669

“Mədəniyyət.az” jurnalının yeni – bu il üçün sonuncu nömrəsi işıq üzü görüb.

Senet.az xəbər verir ki, jurnal həmişəki kimi, elm, musiqi, kino, teatr, rəngkarlıq, turizm və digər sahələrdən xəbər verən maraqlı yazılarla zəngindir.

Jurnalda beynəlxalq təşkilatların Azərbaycanın milli dəyərlərinin bəşəriyyətin dəyərləri olması ilə bağlı qəbul etdiyi qərarlar, 2018-ci ilin bütün türk dünyasının məşhur şəxsiyyətlərinin ili elan olunması barədə məlumat verilir. Həmçinin ədəbiyyatımızın “Haqq pərvanəsi” Xəlil Rza Ulutürk şəxsiyyətindən və poeziyasından söhbət açılır, görkəmli şairin mübarizə dolu həyat yoluna nəzər salınır.

Budəfəki nömrədə oxucular, eyni zamanda, maestro Rauf Abdullayev ucalığına boylana, Fikrət Verdiyev kimi həyatını xalq musiqisinin inkişafına həsr edən peşəkarların fəaliyyətinə, həmçinin bölgələrimizin folklor incilərinə nəzər yetirə bilərlər. Jurnalın “Bu kino ki var…” rubrikası milli və dünya kinosunun builki uğurlarına güzgü tutur. Eyni zamanda, jurnalın teatr bölməsində “Boy” tamaşası ilə mifoloji səyahətə çıxıb “Yuğ” Teatrının yaradıcılıq axtarışlarının izinə düşmək mümkündür. “Rəngkarlıq”da görkəmli heykəltəraş Tokay Məmmədovun yaratdığı şedevr əsərlər haqqında heyranlıqla oxunulası məsələlərdən danışılır.

Musiqi Mədəniyyəti Muzeyinin yarım əsrlik yubileyi ilə əlaqədar müsahibədə musiqimizin keşiyində duran fədakar insanların müqəddəs işlərindən bəhs olunur.

Jurnalın “Nisgilimiz Qarabağ” rubrikasında torpaqlarımızın əzəməti və gözəlliyindən söz açılır.

Növbəti səhifələrdə ölkəmizin turizm imkanları bir daha incələnərək turist həyatının maraqları və zövqlü tərəfləri oxucuların diqqətinə çatdırılır.

Dərginin “Elm” rubrikasında Azərbaycan elmində axtarışlara başlayan və bu zəngin dünyanın inkişafına xidmət göstərən alimlərimizin məqalələri işıq üzü görüb.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10