“Mədəniyyət.az” jurnalının yeni nömrəsi çap olunub

6 Baxış

14817956725144238091_1000x669

“Mədəniyyət.AZ” jurnalının növbəti nömrəsi oxucuların ixtiyarına verilib.

Senet.az xəbər verir ki, elə ilk səhifələrdə milli qürur mənbəyimiz olan 18 oktyabr – Müstəqillik Gününə yer ayrılmaqla, suveren ölkəmizin 25 il ərzində keçdiyi yola nəzər salınır.

“Nisgilimiz-Qarabağ” rubrikasında xain hücum nəticəsində Xocavənd və Zəngilanın düşmən əlinə keçməsi xatırlanır, vətənpərvərlik mövzusunda yazılar təqdim olunub.

“Azərbaycanın poetik ensiklopediyası” və “Nəğməyə dönən ömür” məqalələrində Xalq Şairi Süleyman Rüstəm və Ənvər Əlibəylinin ibrətamiz həyat və yaradıcılıqları barədə söhbət açılır. O cümlədən, Azər Turanın müsahibə janrında qələmə aldığı “Turan Cavidin son söhbəti” yazısında oxucular görkəmli ədib Hüseyn Cavidlə bağlı maraqlı faktlara rast gələcəklər.

“Bu kino ki var…” bölümündə görkəmli ssenarist Ramiz Fətəliyev, istedadlı operator Rasim İsmayılov kimi sənətkarların ömür yolundan danışılır, yaratdıqları həmişəyaşar əsərlər sadalanır.

Teatrlarımızın bu günündən “Azərbaycan Dövlət Musiqili Teatrında”, rəngkarlıq üzrə tanınmış rəssamlar Toğrul Nərimanbəyov və Əyyub Hüseynovun yaradıcılığından bəhs edən, muzeylərimiz barədə “Daşlar sirrini açır”, “Azərbaycan xalçalarının ornamentləri”, “Biz müstəqil Azərbaycanın həmyaşıdıyıq” və digər yazılardan məlumat almaq mümkündür.

Azərbaycanda turizmin inkişafının ən yeni mərhələsi, termal təsisatlar, Bakı əcnəbilərin gözü ilə mövzuları üzrə isə turizm bölümündə geniş bilgi verilir.

Həmişəki kimi gənc alim və tədqiqatçıların elmi araşdırmalarına da jurnalın səhifələrində geniş yer verilib.

“Ənənə” rubrikasında Bakıda keçirilən I Beynəlxalq Çörək Festivalı və Göyçayda təşkil olunan Nar bayramı barədə jurnalın əməkdaşlarının qeydləri yer alıb.

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10