Mədəniyyət naziri Tbilisidə Cəlil Məmmədquluzadənin ev muzeyində

2 Baxış

hg

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə Azərbaycanın görkəmli dramaturqu Cəlil Məmmədquluzadənin qəzalı vəziyyətdə olan ev muzeyini ziyarət edib.

Senet.az APA-ya istinadən xəbər verir ki, Tbilisinin Mtatsminda rayonunun Besiki 24 ünvanında yerləşən ev muzeyinin üzləşdiyi vəziyyətlə yerində tanış olan nazir Anar Kərimov təmir-bərpa işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Anar Kərimovun iyulun 9-dək davam etməsi planlaşdırılan səfəri çərçivəsində Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə baş tutacaq görüşləri zamanı bu ölkədəki Azərbaycan mədəniyyəti ocaqlarının mühafizəsi məsələsinin diqqətdə saxlanılacağı bildirilib.