Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsini təqdim edir

1 Baxış

hg

Mədəniyyət Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Səhnədən səngərə” layihəsinə start verir.

Senet.az xəbər verir ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq.

Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq.

Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocaqlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.

Bölmə : Sənət xəbər