Mədəniyyət Nazirliyinin əməkdaşları təltif edilib

0 Baxış

medeniyyet nazirliyi-loqo

 

Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir. Bu münasibətlə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə təltif edilib.

Təltif edilənlər sırasında Mədəniyyət Nazirliyinin əməkdaşları da var.

Belə ki, Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri Məmmədov Vüqar Rasim oğlu, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Cəfərov Aslan Qulu oğlu dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

Bölmə : Xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10