“Məhəbbət əfsanəsi” baleti Rusiya teatr səhnəsində

7 Baxış

14857048906184344251_1000x669

Fevralın 10-da Rusiya Federasiyası Krasnodar diyarı L.Qatov adına “Premyera” Krasnodar Yaradıcılıq Birliyində SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Senet.az xəbər verir ki, bu barədə məlumat “Premyera” Krasnodar Yaradıcılıq Birliyinin saytında yer alıb.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb. Səhnə əsərinin musiqisi, yaddaqalan melodiyaları, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır. İllüstrativ təfərrüatları minimuma endirən baletin dramaturgiyası sırf rəqs formaları üzərində qurulub.

KÖŞƏ YAZARLARI
TOP 10