Məhəbbət və şeytan eyni səhnədə

52 Baxış

sonmeyenulduzlar

Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlar” teatrı yeni mövsümü sentyabrın 5-də açacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, teatrda yazıçı Marat Haqverdiyevin “Məhəbbət və şeytan” əsəri tamaşaya hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur. Rolları əməkdar artistlər Raziyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, Əməkdar Mədəniyyət İşçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcəklər.

Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında “Məhəbbət, şeytan, lambada” adı ilə səhnəyə qoyulub.

“Sönməyən ulduzlar” teatrında əsasən qocaman sənət adamları çıxış edirlər. Teatrın bədii rəhbəri Rafiq Kaşanlıdır.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10