Məhəmmədhüseyn Şəhriyarın yubleyi Türkiyədə qeyd olunacaq

13 Baxış

f7cbee2530

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi, İstanbul Türk Ocaqları, Sağlamlığın Qorunması İctimai Birliyi və Yazıçılar Birliyinin Cənub şöbəsinin təşkilatçılığı ilə böyük şairimiz Məhəmmədhüseyn Şəhriyarın 110-cu ildönümü ilə bağlı Türkiyənin bir neçə bölgəsində silsilə tədbirlər keçirəcəyik.
Bu barədə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva məlumat verib. Millət vəkili yüzlərlə insanın iştirakı ilə müşayiət olunacaq ən böyük tədbirin yanvarın 31-də İstanbulda keçiriləcəyini açıqlayıb:
“Kastamonu da daxil olmaqla Türkiyənin bəzi vilayətlərində yanvarın sonlarından başlayaraq silsilə tədbirlər davam edəcək və İstanbulda finalla bitəcək. Məhəmmədhüseyn Şəhriyar nəinki Azərbaycanın, türk dünyasının da böyük şairidir.
Bu, yubiley çərçivəsində böyük şairin ədəbi irsi və yaradıcılığının qardaş Türkiyədə daha geniş kütlələrə çatdırılması istiqamətində çox mühüm bir addım olacaq. Silsilə tədbirlər çərçivəsində şairin ədəbi yaradıcılığı ilə bağlı panellər şəklində konfranslar keçiriləcək. Tədbirlər sadəcə konfranslarla bitməyəcək, geniş musiqili bədii gecələrin keçirilməsi də nəzərdə tutulub”.
Qənirə Paşayeva bildirib ki, konfranslara Azərbaycan, Türkiyə və Cənubi Azərbaycandan olan bir sıra ziyalılar qatılacaq, çıxış və müzakirələr olacaq.
Bədii gecədə həmçinin, hər üç ölkədən iştirak edəcək sənətkarların iştirakı ilə Şəhriyarın yaradıcılığına müraciət olunacaq və şairin yaradıcılığından ibarət böyük bədii hissə olacaq. 

KÖŞƏ YAZARLARI
TOP 10