Məktəblilər “Ümidlərin izi ilə” romanını müzakirə etdi- FOTOLAR

93 Baxış

10994169_10204270890344794_2557733726040964169_n23 fevral tarixində 291 nömrəli orta məktəbdə f.ü.f.d., dos Şəmil Sadiqin və Müşfiq XANın həmmüəllifliyi ilə işıq üzü görən “Ümidlərin izi ilə” romanın müzakirəsi keçirilib. Müzakirədə həmmüəlliflər iştirak edib.

Müzakirəni məktəbin müəllimi Tamara Mammadova  təşkil edib. Bu barədə “Ümidlərin izi ilə” romanın həmmüəllifi f.ü.f.d., dos. Şəmil Sadiq öz feyzbuk profilində məlumat yayıb.

“Tamara Mammadova şagirdləri ilə birgə “Ümidlərin izi ilə” romanını oxumuş və bizi müzakirəyə dəvət etmişdi. Düzünü deyim ki, bir neçə məktəbdə bu cür tədbirlərdə olduğum üçün təşkilatçılığın yaxşı olacağına şübhə edirdim. Amma məktəb direktoru Sevinc xanımın otağından başlanan qarşılama müzakirənin necə olacağından xəbər verirdi. Təhsil Nazirliyinin əməkdaşı Namiq müəllimin, Bakı Şəhər Təhsil idarəsinin əməkdaşı Turab müəllimin də iştirakı tədbirin ciddiliyindən xəbər verirdi. Müzakirə haqqında təəssüratım mükəmməldir. Müəllimli-şagirdli kitabı oxumaları, hətta bu mütaliə kompanyasına məktəb direktorunun da qoşulması Təhsli Naziri cənab Mikayıl Cabbarovun sərəncamının ən yaxşı effektini ehtiva edir. Uşaqlar elə qəşəng hazırlamışdılar ki, Müşfiq XANla məni yaxşıca sual və tənqid atəşinə tutdular. Obrazların əməlləri, milli faciə, girovluqdan olan qızlarımızın şücaətinə heyranlıq təəccübləndirməyə bilməzdi. Məncə, “uşaqlar savadsızdır” deyib yaxalarını kənara çəkən müəllimlərimiz üçün bir örnək idi. İki sinfin Xocalı faciəsinə həsr edilmiş bu əsəri ürək yanğısı ilə oxuyub qeydlər götürmələri və təhlil etmələri sadəcə bir müəllimin fədakarlığından doğa bilərdi.

Təşəkkürlər 291-li məktəb, təşəkkürlər Sevinc xanım, Tamara xanım. Və Əziz şagirdlər sizi bağrıma basıram! Alnınızdan öpürəm! Bəlkə də birinci dəfə idi ki, mən özümü şagirdlərin yanında müəllim yox, yazıçı hesab edirdim!

Zənn edirəm ki, Tamara müəllimə başlatdığı bu işi davam etdirəcək və şagirdlərinin mütaliə imkanlarını artıracaqdır.”

Senet.az

KÖŞƏ YAZARLARI
TOP 10