Dövlət Film Fondunda Azərbaycanın tanınmış kino və teatr xadimi, xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Senet.az xəbər verir ki, yubiley tədbiri dekabrın 15-i saat 17:00-də Film Fondunda keçiriləcək.
M.Şeyxzamanovun 100 illik yubileyinə həsr edilən ilk tədbir Akademik Milli Dram Teatrında təşkil edilib.
Xatırladaq ki, M.Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. Azərbaycan teatr və kinosunun tarixində müxtəlif, maraqlı obrazlar yaradan M.Şeyxzamanov yaddaqalan obrazlara imza atıb.
M.Şeyxzamanov 1984-cü ildə 70 yaşında vəfat edib.