Mən bir türk qızıyam…

103 Baxış

 zerengizZərəngiz Qayalı

Mən bir türk qızıyam…

 

Mən bir türk qızıyam!

Gözlərimdə işıq, alnımda qürur,

Qəlbimdə insanlara məhəbbət daşıdım!

 

Mən bir Vətən övladıyam!

Dağı, daşı, bulağı, torpağı,  yarpağı,

Səması, dənizi, zəmisi ilə yaşıdam!

 

Mən bir anayam!

Hamıya səadət, balalara sülh,

Dünyama, övladıma əbədi ədalət aşıdım!

 

Mən bir şairəm!

Nigaran, narahat, talesiz, üzgün,

Amma, sabaha ümidlə yaşadım!…

 

Mən Zərəngiz Dəmirçiyəm!

Dəmirdi sözüm də, haqq nuru üzümdə,

Qayalı, beləyəm haqq işim, haqq adım!

 

 

Adım Böyük Turan oldu

 

Bozqırlardan Tyanşana,

Ulu Türkə məkan oldu!

Uca zirvə-Kazbek demə,

Qazi bəy adlanan oldu!

***

Sibir elinin bağrını,

Ləpirlərim imzaladı!

Yaşadı türkümün adı!

Zirvələrə qonan oldu!

***

Göy rəngində, qan rəngində,

Din rəngində bayrağımız!

Çağdaş ruhum, müasirim,

Buluda ağ yelkən oldu!

***

Əziz anam-Ağrı, Qoşqar,

Şahdağ, Kəpəz, Avey, Qırxlar,

Savalan, Səhənd, Babakar,

Ovlağım bu meydan oldu!

***

Ulduzum var, hilalım var!

Nə şöhrətim, cəlalım var?

Baykallardan Dərbəndlərə,

Neçə qurğu quran oldu!?

***

Dədə Göyçə, Vedi, Urud,

Van deyilən o qədim yurd,

Olmadı Tanrı qəzəbi,

Demə, yoldan çıxan oldu!

***

Yumruq kimi birləşəlim!

Ünvanlaşa, sirləşəlim!

Paylaşalım, hürləşəlim!

Türk sevgisi ümman oldu!

***

Addımını at da mətin!

Ey ulu, qutsal millətim!

Dirçəlişin yaman çətin,

Çağrışımız: “Can, can!” oldu!

***

Türk nəsliyik özbək, qazax,

Uyğur, türkmən, qırğız, qıpçax,

Görüş yerimiz də hər vaxt,

Cənnət Azərbaycan oldu!

***

Altaylardan Yeniseyə,

Tatar, çuvaş, Dərbənd yiyə!

Sevəriz “eşq!” deyə-deyə,

Sevdalım Türküstan oldu!

***

Param-parça parçalandıq!

Bölümləndik, haçalandıq!

Düşmən od vurdu, biz yandıq!

Nəsibimiz hicran oldu!

***

Sən Atatürk, mən Heydərəm!

Dünən vardıq, bu gün varam!

Şaman, boz qurd əziz yarım!-

Adım Böyük Turan oldu!

 

 

Eləmə

 

Qurulmuş mizan-tərəzi,

Dünyanın işi qərəzli,

Çox dərdlərə dözdüm,dözdüm,

Daha dözmərəm bu qəmə!

 

Güllərin açan vaxtıdır,

Dərbəndin hicran vaxtıdır,

Oruc, Ramazan vaxtıdır!

Mən tapınmışam qibləmə!

 

Təbrizin yolları çiçək,

Başında buluddan örpək,

Bir ömür azlıq edəcək,

Yayam bu dərdi aləmə!

 

Dünya yolundan dayanmaz,

Dağlar yatıblar, oyanmaz,

Kim inanar, kim inanmaz?

Zərəngiz, sus, sus, eləmə?!…

 

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10