“Mən göylərin torpaqdakı gur səsi!” – Şəmil Sadiq yazır…

75 Baxış

126391121_3687074351337566_2829719060452112314_n

El bir olsa, dağ oynadar, yerindən,
Demiş mənə,  atam-babam qədimdən!
Beş barmağım bir biləkdə ayrıdır!
Düşmən görsə, yumruq olar, əzmindən!

Mən göylərin torpaqdakı gur səsi!
Haqq qılıncım, Yaradanın töhfəsi!
Abad yurda, ağ sabaha inamdır,
Ər igidin, mərd oğulun nərəsi!

Birlik bizə qeyrət olar, şan olar
Bizi bizə birləşdirən qan olar
Çətinliklər, təhlükələr görəndə
Elim, obam, bir bədəndə can olar!

Eheyyy, dünya, tanı məni, anla sən!
Bir sevgiyəm, oynamaram qanla mən!
Haqqı boğub, şərəfimlə oynasan!
Durduraram, yaşamaram, anla mən!