Məni gözləyir - YENİ ŞEİR

59 Baxış

baharHəsrətim yolları salıb kəməndə,
Hər döngə, hər cığır məni səsləyir.
Bu bayram axşamı dönəcəm kəndə, 
Orda cüt qəbirlər məni gözləyir. 

Başdaşı boynuna dolananı yox,
“Ata”, “Ana” deyib hay salanı yox. 
Yorğun baxışların toz alanı yox, 
Qəlbimdə şimşəklər, sellər dözməyir, 
Orda cüt qəbirlər məni gözləyir. 

Atam yenə mənə zəhmli baxır,
Allah, düzəlmədim mən əvvəl – axır,
“Yoluna” baxmaqdan yorulduq, axı – 
Qulağıma doğma, həzin səs dəyir. 
Burda cüt qəbirlər məni gözləyir. 

Bu kəndin nəğməsi kəsilib daha, 
Bu evin işləri qalır sabaha,
İçində tanış səs satılar baha,
Hər otaq, hər divar məni izləyir.
Burda cüt qəbirlər məni gözləyir 

Yerində durubdu qoyulan hacat 
Həddin var nəyisə bir – biriə qat,
Keçən günlər hanı, tapmadım, heyhat
İçimdə tufan var, kimsə sezməyir
Burda cüt qəbirlər məni gözləyir
Təkcə cüt qəbirlər məni gözləyir. 

Tamara Heydərqızı

KÖŞƏ YAZARLARI
TOP 10