“Mənim günahım”

8 Baxış

79906_r8cx4kf7vn

Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası keçiriləcək. 

Senet.az-ın məlumatına görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və SSRİ xalq artisti Qara Qarayevin musiqiləri əsasında hazırlanan tamaşa fevralın 9-da təqdim olunacaq.
 
Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlovadır.
 
Sevgi haqqında pritça olan balet-tamaşa minimalizm üslubunda səhnələşdirilib. Səhnə əsərində Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər musiqilərindən istifadə olunub.
 
Səhnə əsərində rolları xalq artisti Şükufə Yusupova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edirlər.
 
Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur. 

KÖŞƏ YAZARLARI
TOP 10