Məsafə… Şəmil Sadiq yazır

57 Baxış
semilsadiq-1

Məsafələr çox önəmlidir… Məsafə sayğıdır!  Məsafə sağlamlıqdır!

Yaxını da, uzağı da. Uzaqlıqda soyuqluq olduğu kimi, yaxınlıqda ifrat istilik olur. Üşüyəndə geyinirsən, qoruyursan özünü, istilənəndə isə qoruya bilmirsən ki, bu da biədəblik yaradır. Bu zaman isə hər iki tərəf biədəbləşir…
Məsafələrdən əziyyət çəkirsinizsə, ilk səbəbkarı özünüzsünüz!
Ona görə də özünüzü qoruyun, özünüzü dinləyin ilk olaraq, heç kimin nazı ilə oynamaq, dərdini çəkmək kimi dərdinizin olmadığının fərqində!
Məsafəni elə tutun ki, uzaqdan görünən əzəmətli dağ kimi qalasınız, ətəyinizə yaxınlaşanlar onsuz da, o əzəmətin, böyüklüyün, sadəliyin, zəifliyin fərqində heç vaxt ola bilməzlər!
Ola bilsin ki, əzəmətli dağ deyilsiniz, bir təpəsiniz, amma insanlar üçün bu o qədər də önəmli deyil, onlar sadəcə gördüklərinə inanır, tapınırlar!
İnsanlar zirvədə olanda onun qədrini bilmir, təpələrə, ordan dərələrə dığırlananda fərqində olur məsafənin önəmini.
Dağlardan təpələrə, dərələrə gələn yol həmişə asan olur, dağlara dırmanmaq bu qədər asan olmamalıdır!
Dağların fərqində olmaları üçün!

Məsafə dəyərdir!

Məsafə sayğıdır!

Məsafə hörmətdir, Məsafə sağlamlıqdır!