Türkiyənin tanınmış teatr aktyoru Levent Kırca 67 yaşında dünyasını dəyişib.
Senet.az xəbər verir ki, o, uzun müddət idi qaraciyər xərçəngindən müalicə olunurdu.
Aktyor 1948-ci ildə Samsun şəhərində doğulub. 1964-cü ildə Ankara Dövlət Teatrında səhnə həyatına başlayıb. Levent çoxlu sayda teatr tamaşası və filmdə rol alıb. O, 22 il televiziyada “Olacaq o qədər” teleproqramının ssenaristi olub.
Levent Kırca daha çox siyasi satiraları ilə tanınıb. Aktyor hazırladığı proqramlarda Türkiyənin prezidenti Receb Tayib Erdoğanı və digər siyasiləri tənqid edib.