Məşhur aktyorların bu ifaları sizi təəcübləndirəcək

51 Baxış

buuu

İstedadlı insan hər sahədə istedadlıdır . Əgər aktyor və ya aktrisalar xalq qarşısında mahnını peşəkarlıqla ifa edirsə, bunu onlar heç də həmişə pul qazanmağa görə etmirlər. Musiqi onların həyatının bir parçası, sevimli məşğuliyətidir. Qeyd etmək lazımdır ki, amerika aktyorluq məktəblərində gələcək aktyorlara vokal dərsləri də keçilir. Bu bacarıqlar aktyorların professional kino fəaliyyətlərinə müsbət təsir göstərir. Senet.az Hollivudun ən məşhur aktyorlarının musiqi və ifaçılıq bacarıqlarını təqdim edir.

 

 

 

 

Rassel Krou rok-ifaçı olmaq istəyirdi. Buna görə də o, 30 ildən çoxdur ki, musiqi ilə məşğul olur. 80-ci illərin ortalarında Rassel “Roman Antix” qrupunu yaradır,  daha sonra bu qrup “30 Odd Foot of Grunts” adlanır. Rassel Krou bu qrupun bütün mahnılarının müəllifidir. Aktyorun sözlərinə görə, musiqi ona filmdə rol ifa etməkdən  daha çox zövq verir. Qeyd edək ki, Rasell Krounun 1991-ci ildə yaratdığı qrup 2005-ci ilə qədər davam edir. Qrup dağılandan sonra Rassel Krou solo karyerasına başlayır.

 

 

Antonio Banderasın uşaqlıq arzusu nə musiqi, nə də kino olub. O futbolu çox sevirdi. Lakin 14 yaşında ayağı sındığından futbolçu olmaq arzusu reallaşmır. “Saçlar” adlı musiqinin təsiri altında aktyorluq məktəbinə daxil olur, oxumağı, rəqs etməyi öyrənir. “Desperado” filmində onun vokal imkanları aşkar edilir. “Opera kabusu” musiqili teatrında  Banderasın mürəkkəb ariyanı gözəl ifa etməsi isə onu sübut etdi ki, o nəinki aktyor, həm də müğənnidir.

 

 

Kevin Kostnerin gitara və fortepiano ilə tanışlığı uşaq yaşlarından başlayır. Kevin ilk vokal bacarıqlarını kilsə xorunda nümayiş etdirib. Gənclik illərində Kevin Kostner ilk musiqi qrupunu yaradır, lakin dünyada musiqi qrupuyla tanınmaq ona nəsib olmur. İllər sonra, həyat yoldaşının təkidi ilə  Kevin musiqi karyerasına davam edir. Bu təsadüfən baş verir: həyat yoldaşı uşaqlarının ifa etdiyi mahnını eşidir və öyrənir ki, bu musiqinin müəllifi  Kevindir. 2007-ci ildə isə  Kevin “Modern West” qrupunu yaradır.

 

 

Ceki Çan – valideynləri onu 6 yaşında Çində yerləşən Opera Araşdımaları İnstitutuna göndərir. Ceki Çan 10 il ərzində aktyorluq bacarıqlarını, musiqini, rəqsləri, akrobatikanı, döyüşün sirrlərini öyrənir. O, 8 yaşından filmə çəkilir. Onun musiqi karyerası “Kung Fu Fighting Man” mahnısı ilə başlayır. Çan oynadığı filmlərin bir çoxunda mahnıları özü ifa edir. Aktyor həm də 20-yə yaxın musiqi albomunun müəllifidir. O, peşəkarlıqla çin, yapon və ingilis dillərində mahnılar ifa edə bilir. Qeyd edək ki, Ceki Çan 1984-cü ildə Yaponiyanın “Ən yaxşı xarici musiqçi” mükafatının qalibi olub.

 

 

Con Travoltanın yaradıcılıq bacarığını anası Elen Travolta kəşf edib. Doğma Enqlvud şəhərinin  səhnəsi Con Travoltanın ən sevimli məkanı idi. O, bu səhnədə öz istedadını aşkar edir. 1977-ci ildən onun məşhurluğunun pik nöqtəsi başlayır. “Briolin” musiqili tamaşasının mahnıları onun ifasında xitə çevrilir. Con Travolta 11-dən çox musiqi albomunun müəllifidir.

 

 

Conni Deppin musiqi karyerası gənclik illərindən başlayır. 16 yaşında məktəbdə oxumaqdan imtina edən Conni Depp qərara gəlir ki, musiqi ilə məşğul olub, bütün həyatını musiqiyə həsr etsin.O, rok ifaçısı olmaq istəyirdi. Gitarada ifa etməyi özü öyrənir. Conni Depp əvvəlcə “The Flame” qrupunun üzvü olur, daha sonra “ Rock City Angels”, “The Kids” və “P” qruplarında ifa edir.  Son məlumatlara görə Conni Depp musiqiçi Elis Kuperlə birlikdə “The Hollywood Vampires” qrupunu yaratmağı planlaşdırır. Bu qrup ilk dəfə 2015-ci ilin sentyabrında  Rio-de-Janeyroda “Rock in Rio” festivalında çıxış edəcək.

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10