Məşhur elm xadimi qadınlar

133 Baxış

qadinlarElm və texnologiya sahəsində faəliyyət çox vaxt kişilərin bacardığı bir iş kimi hesab olunur.Bununla belə,bu sahələrdəki inkişafda,tərəqqidə qadınların rolu danılmazdır.Elm dünyasında əhəmiyyətli kəşflər və yeniliklər etmiş,tarixin istedadlı və məşhur qadın elm adamları olmuşdur.Əlbəttə onları saymaqla bitməz.Mən isə onların bir neçəsini sizlərə təqdim edirəm.Buyun qarşınızda məşhur elm xadimi qadınlar.

 

 

kuri1.MARIE CURIE

Polyak əsilli fransız fiziki və kimyaçısı.Radioaktivlik sahəsindəki xidmətləri ilə tanınır.Nobel mükafatını alan ilk qadın,iki dəfə nobel mükafatını alan birinci şəxs və birinci qadın olaraq elm tarixinə adını yazdırıb.

 

 

 

godal2.JANE GOODALL

Britaniyalı primatoloq və etoloq.Şempanzelər üzrə dünyanın ən məşhur eksperti.

 

 

 

 

meyer3.MARIA MAYER

Alman əsilli amerikan fizik.Fizika sahəsində atom nüvəsinin nuklear qabıq modeli ilə Nobel mükafatına layiq görülmüşdür. Marie Curie’dən sonra Nobelə layiq görülən ikinci qadındır.

 

 

 

 

carson4. RACHEL CARSON

Amerikalı dəniz bioloqu və ətraf mühit,təbiət qoruyucusu. “Səssiz Bahar” adlı əsərilə dünyada qlobal ətraf mühit hərəkatını başlatmışdır.

 

 

 

 

faranklin5. ROSALIND FRANKLIN

Britaniyalı biofizik.DNT,virus,kömür və qrafitin molekulyar quruluşlarının öyrənilməsində böyük töhfələri olmuşdur.X-ray şüa sınması,difraksiyası sahəsində irəli sürdüyü hipotezlə məşhurdur.

 

 

 

mac6. BARBARA MCCLINTOCK

Amerikalı elm adamı,sintogenetik.1983-cü ildə genetik köçürülmə kəşfinə görə Nobel mükaftına layiq görülüb.

 

 

 

montacini7. RITA LEVI-MONTALCINI

İtaliyan nevroloq.Sinirin inkişafı faktorunun kəşfinə görə (Nerve growth factor -NGF) 1986-cı ildə Nobel mükafatına layiq görülmüşdür.

 

 

 

 

gertrud8. GERTRUDE ELION

Amerikalı biokimyaçısı və farmakoloqu.Fiziologiya və tibb sahəsindəki fəaliyyətinə görə 1988-ci ildə Nobel mükafatını almışdır.

 

 

 

 

elizabeth9. ELIZABETH BLACKWELL

1849-cu ildə ABŞ-da tibb diplomu alaraq, dünyanın tibb  sahəsində diplomunu alan ilk qadını oldu.

 

 

 

 

nusslein-volhard10. CHRISTIANE NUSSLEIN-VOLHARD

Alman bioloq.1991-ci ildə “Təməl Tibbi Araşdırmalarına görə Albert Lasker” mükafatını alıb.

 

 

 

 

lekey
11.MARY LEAKEY

Britaniyalı paleoantropoloq.Qədim insanların öyrənilməsinə təkan verən bir çox fosil və alətlərin aşkarlanması onun adı ilə bağlıdır.Karyerasında həyat yoldaşı-Luis Liki ilə Şərqi Afrikada-Olduvay dərəsindəki təqdqiqatları,Zincantropa aid edilən kəllə fosilinin kəşfi Merinin elmə verdiyi ən mühüm töhfələrdəndir.

 

Elm tarixinə adları düşmüş çox belə qadınların adlarını bu sıraya artıra bilərik.Bütün bunlar isə onların bəşəriyyətə verdikləri töhfələrin göstəricisidir.

Əsgər Əsgərli (Tələbə- Bakı Dövlət Universiteti, Antropoloq)

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10