Məşhur filmlər haqqında 12 fakt

26 Baxış

as58011136

Senet.az məşhur filmlər haqqında 12 maraqlı faktı təqdim edir:

1.”Yağış adam”ı filmində rol alan aktyor Dastin Hofman filmdə kazino səhnələrində olan fasilələr zamanı qumar oyunlarına qoşulurmuş. Buna görə də filmin prodüseri ona nəzarət etməsi üçün xüsusi adam təyin etmişdi.

2. “Gözəlçə” filmində aktyor Riçard Gir pianoda ifa etdiyi musiqini özü bəstələyib.

3. Yaratdığı obrazı daha da canlı etmək üçün aktyor Arnold Şvartsneqqer “Terminator” filmi müddətində gözünü qırpmayıb. O, filmdə robort obrazını canlandırıb.

4. Aktyor Cim Kerri “Karib dənizinin quldurları” filmində ona təklif olunan Cek Sərçə obrazından imtina edib. Film hələ də rekordlar qırmaqda davam edir.

5. “Ferris Büller tətil götürür” filmində rol alan Çarli Şin narkoman obrazını canlandırmaq üçün iki gecə yatmayıb.

6. Mel Gibsonun ən qəddar və ziddiyyətli filmlərindən olan “Xristosun ehtiraslar”ında rol alan aktyor Cim Kevizelanın filmdən sonra həm sağlığında problem yaranıb, həm də aktyorluq karyerası bitib. Çəkiliş zamanı onu ildırım vurub, çiynindən ağır xəsarət alıb, dəri infeksiyasına yoluxub.

7. “Bacarsan tut məni” filmində rol alan aktyor Leonardo Di Kaprionu filmdə həbs edən Frenk Abiqneyl adlı fransız polisinin həqiqətən də adı Frenk Abiqneyl olub.

8. İlk dəfə mobil telefon 1987-ci ildə Mel Gibson və Denni Qloverin rol aldığı filmdə göstərilib.

9. “Rokki 4” filminin çəkilişində Silvestr Stallone ilə rus boksçusu İvan Draqonu canlandıran Dolf Lundqrenin rinqdə döyüş səhnəsi həqiqətən baş verib. Bu səhnədə başından ciddi xəsarət alan Stollone xəstəxanaya yerləşdirilib.

10. Ən məşhur film qəhrəmanı Şerlok Holms hesab olunur. Onun obrazı bugünədək 200 filmdə və müxtəlif animasiyalarda canlandırılıb.

11. “Qisasçı” filmində aktyor Cek Cinllinxolu çəkiliş zamanı döyüş səhnəsində dişini sındırıb.

12. “Transformer 3: Ayın qaranlıq tərəfi” filminin çəkilişində 500 maşın qəza halına salınıb.

 

Zeynəb ƏKBƏR

KÖŞƏ YAZARLARI
TOP 10