Məşhur fotoların gizli tarixçəsi

80 Baxış

3Bəzi fotolar var ki, onlar heç də göründüyü kimi təsadüfən çəkilməyib. Böyük şöhrət qazanmış fotoların bir çoxunun əslində qurmaca olduğu ortaya çıxıb. 

 

 

 

 

 

 

 

Roqer Fentonun “Ölümün kölgəsi” adlı fotosu 1855-ci ildə Kırım müharibəsi vaxtı çəkilib. Fotoda müharibə meydanında yerə səpələnmiş top güllələri görünür. Ancaq Fentonun başqa bir şəklində isə bu güllələr bir xəndəkdə toplanılmış haldadır. Yəni güllələr sonradan foto çəkmək üçün səpələnib. 

1

 

 

 

Artur Rozşteyn 1936-cı ildə ABŞ-da çəkdiyi bu foto bu ərazilərdəki quraqlıqdan xəbər verir. Quraqlığın simvolu halına gələn şəkil isə əslində tamamilə başqa niyyətlə çəkilib. Rotzsteyn bu şəkli əslində, torpağın çatları ilə birlikdə kompazisiya qurmaq üçün çəkdiyini deyir.

150717120820_altered_images_624x351_bbc_nocredit

 

 

 

1945-ci ilin may ayında fotoqraf Yevgeni Kaldeyi SSRİ-nin Almaniya üzərindəki qələbəsi zamanı çəkilib. Ancaq bu foto heç də təsadüfən çəkilməyib. Fotoqraf əsgərləri Reyxstarxın binasının üstünə çıxardaraq, onlardan bayrağı məhz bu cür tutmağı tapşırıb. Ondan sonra da uzun müddət fokuslama əməliyyatı aparaq bu şəkli çəkmişdi. Bildirək ki, buradakı bayraq da məhz bu şəkili çəkmək üçün stol örtüyündən hazırlanmışdı. Yevgeni əsgərlərin qolundakı saatı silmiş, şəkilə bir az duman effekti əlavə etmişdi. 

3

 

 

Bu foto ən məşhur müharibə fotolarındandır. Şəklin müəllifi Robert Kapadır. Şəkildə güllə ilə vurulan əsgəri görürük. Mütəxəssislər bu fotonun heç də təsadüfən çəkilmədiyini düşünürlər. Çünki Robert Kapanın bu tip daha bir şəkli var. Ancaq fotoqrafların fikrincə müharibədə vurulan adam şəkli çəkmək heç də asan deyil. 

4

 

 

İuqen Smitin 1951-ci ildə İspaniyada çəkdiyi bu fotoda ölü adam və ona yas tutan qadınlar təsvir olunub. Fotonon orijinalında qadınlardan ikisi fotoaparata baxır. Anca Smit kimyəvi məhlullardan istifadə edərək, onların üzünü aşağıya tərəf çevirə bilib. Bununla da fotoya daha da bir qəmgin abu-hava qatıb. 

5

 

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10