Məşhur opera müğənnisinə sərt cəza

46 Baxış

monsertİspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye fırıldaqçılığa görə yarım il həbs cəzası alıb. Senet.az xarici mediaya istinadən məlumat verir ki, Kabalye həmçinin 255 min avro cərimələnib.

Məhkəmə iclasında səhhətində yaranmış problemlərə görə iştirak etməyən M.Kabalye bunu evdən videokonfrans vasitəsilə bəyan edib.

Ötən ilin aprelində Barselona prokurorluğu M.Kabalyeni 500 min avrodan artıq məbləğdə vergidən yayınmaqda şübhəli bilmişdi. İstintaqın məlumatına əsasən, müğənni aldığı qonorarları Andorrada gizlədərək İspaniyada həmin qonorarlardan vergi tutulmasından yayınırmış.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10