Meksikalı rəssam Frida Kahlonun 50 ildir ki, gizlədilən əşyaları üzə çıxıb.
Frida vəfat etdikdən sonra həyat yoldaşı Dieqo Rivera onun əşyalarını hamama yığaraq, ora kimsənin girməyinə icazə verməyib.
2004-cü ildə açılan otaqdan Kahlonun şəxsi əşyaları - günəş eynəkləri, korsetlər, özünün rənglədiyi protez ayaq çıxıb.
Fotoqraf İşiuçi Miyako rəssamın əşyalarının şəklini çəkərək qısa müddət ərzində foto sərgi keçirəcək.