Rəssamlardan bəhs edən 11 film

28 Baxış

esas
Senet.az rəssamlar haqqıda çəkilmiş 11 məşhur filmi təqdim edir:

 

 

 

 

 

 

 

 

 

Frida:

2002-ci il istehsalı olan bu film incəsənət tarixində özünəməxsus yer tutmuş Frida Kahlonun həyatından bəhs edir. Fridanın sevgilisi, qadınlara qarşı xüsusi rəğbəti olan Dieqo, ona qadınlara qarşı həssas olduğunu, ancaq bununla belə həmişə Fridanı sevəcəyini deyir. Frida bununla razılaşsa da, sonradan münasibətlərində problemlər yaranmağa başlayır.

1

 

 

Girl With a Pear Earring:

Bu film 2003-cü ildə istehsal olunub. Filmdə 17 yaşlı Qrietin atası qəza keçirir və o, ailəsini dolandırmaq üçün rəssam Cohannes Vermerin evində xidmətçilikk etməyə başlayır. Qrietin gözəlliyi bir müddət sonra evli rəssamın marağını cəlb edir.

2

 

 

Van Gogh:

Film rəssamın qatarla kəndə gəlməsi və müayinə olmaq üçün kənd həkiminin yanına getməyi ilə başlayır. Sənətsevər Doktor Qacet, Van Qoqu evində qalmağa dəvət edir. Van Qoq həkimin gənc qızına modeli olmağı təklif edir və bir müddət sonra onunla sevgili olur.

3

 

Modigliani:

2004-cü il istehsalı olan bu film rəssam Modilyani və Ceannedən bəhs edir.

4

 

 Goya’s Ghosts:

Film 2007-ci ildə çəkilsə də 1792-ci il İspaniyada baş verən hadisələrdən bəhs edir. Qoya ölkənin ən tanınmış rəssamıdır. Rəssamın ilham pərisi İnes İnkivizisiya məhkəməsi tərəfindən cəmiyyətin dəyərlərinə qarşı hərəkətlər sərgilədiyi üçün həbs edilib, işgənclərə məruz qalır. Qoya dostu rahib Lorenzodan İnesi bağışlamağı xahiş edir. Ancaq Lorenzo məhkəmənin qərarını dəyişmir. 20 il sonra Qoya yaradıcılığının ən yüksək pilləsinə çıxır. Bu ərəfədə Qoya, İnes və Lorenzo görüşürlər və illər əvvəl baş verən hadisələrin hesabatını verirlər.

5

 

 

Artemisia:

Artemisia Qentilesçi (1593-1653) məşhur qadın rəssamlardandır. Film onun uşaqlıq illərindən bəhs edir.

6

 

 

Lust For Life:

Bu film Van Qoqun gənclik illərindən, ailəsi ilə münasibətlərindən, qardaşı Teo ilə məktublaşmalarından bəhs edir. Antoni Quinnin “Lust for life” filmi Oskar mükafatına layiq görülüb.

7

 

 

Rembrandt:

Rejissorluğunu Çarles Lauftonun etdiyi film, 17-ci əsrin məşhur siması Rembrandın həyatından bəhs edir.

8

 

 

Pollock:

Filmdə fərqli imzası ilə dünya sənət tarixinə adını yazdıran Cekson Pollokun problemlərlə dolu həyatı əks olunur. Pollok obrazını canlandıran Ed Harris həm də ilk dəfə olaraq bu filmdə özünü rejissor kimi sınayır.

9

 

 

Surviving Picasso:

1996-cı il istehsalı olan “Surviving Picasso” filmi dünyaca məşhur rəssam Pikasso və sevgilisi François Qilotun arasındakı münasibətlərdən bəhs edir.

10

 

 

Little Ashes:

Salvador Dali 18 yaşında məşhur rəssam olmaq üçün universitetə qəbul olunur. Onun utanqaçlığı Federiko Qarsia Lorkanın və Luis Bunuelin diqqətini cəlb edir. Film bu üç nəfərin gənclik illərini, dostluqlarını canlandırır.

11

 

 

 

 

 

 

Bölmə : Kino, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10