Məşhur rejissor vəfat etdi

12 Baxış

rovshen

Tanınmış rejissor Rövşən Almuradlı vəfat edib.

Senet.az xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyən Rövşən Almuradlının vəziyyəti qəflətən pisləşib.

Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Rejissor xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Meyit müayinə üçün aidiyyatı üzrə təhvil verilib.

Bölmə : Sənət xəbər