Məşhur türk aktyorunun büstü qoyulacaq

5 Baxış

qanuni22

Macarıstanda Türkiyənin məşhur aktyoru Halit Ergencin büstü hazırlanır. “Möhtəşəm yüz il” serialı Macarıstanda yayımlanmağa başladığı gündən reyntinq rekordları qırıb.

Filmə tamaşaçıların böyük marağını görən heykəltaraş Tibor Turi Török bundan sonra serialın əsas obrazı olan Sultan Süleymanın büstünü hazırlamağa başlayıb. Török büstün qadınlardan tərəfindən rəğbətlə qarşılandığını deyib. O, hətta yüzlərlə qadının emalatxanasına gələrək büstlə şəkil çəkdirdiklərini də qeyd edib. Heykəltaraş artıq bir neçə Sultan Süleyman heykəli düzəltmək üçün sifariş də alıb.

Qeyd edək ki, Halit Ergenc hazırda çəkilişləri gedən “Əli və Nino” filmində Fətəli Xan Xosyki obrazını canlandırır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10