“Məsləhət kitabı” seriyası işıq üzü gördü

128 Baxış

ishden

“Hədəf” nəşlərində “Məsləhət kitabı” adlı kitab seriyası işıq üzü görüb. Seriyada “Kariyeranı yönəltmək” , “İşdən çıxarmaq” , “Rəhbərliyi idarə etmək” , “İşə necə qəbul etməli” , “Vəzifə həvalə etmək” adlı kitablar yer alıb.

“Məsləhət kitabı” seriyası idarəçilərin iş həyatında hər gün qarşılaşdıqları və geniş yayılmış  problemlərə təcili həll yolları təklif edir.

Bu kitablar sizin güclü və zəif tərəflərinizi təsbit etməyə, kritik anlarda hərəkət qabiliyyətinizi artırmağa kömək edəcək. Burada istifadəyə münasib vasitələr haqqında danışılır,  testlər və gerçək həyatdan örnəklər təqdim edilir. İstər iş başında olun, istər toplantıda, ya da yolda bu kitablar işinizin tələb etdiyi şəkildə daha sürətli, daha dəqiq və daha effektli nəticə çıxarmanıza imkan verəcək.

Bölmə : Əlfəcin
KÖŞƏ YAZARLARI
TOP 10