Mətbuat – Mirzə Ələkbər Sabir

8 Baxış

32

Əqvami-müxtəlifənin tərəqqi və tədənnisinin mətbuatlən nisbətimüstəqimi vardır.

Boylə ki, bu gün əqsayi-aləmdə olan miləli-müxtəlifənin əhvalı tədqiq olunduqda mətbuatda tərəqqisi çox olan bir millətin mədəniyyətdə dəxi tərəqqisi o nisbətləndir və biləks, mətbuatda tərəqqisi olmayan millətin təməddün aləmindən geri qalmağı naqabiliinkar bir həqiqətdir. Bəs bu surətdə “əl-əhəmmü fələhəmm” babından mətbuata əhmiyyət verib, əvvəlü bilaəvvəl onun pisrəftinə çalışmalıyız, əfkar və hissiyyatimilliyyəmizi oyatmaqda vəsaili-mütəəddidələr ittixaz etməliyiz. Amma çi faidə:

“Kəriman-ra be dəstəndər dirəm nist,

Dirəmdaran-e aləm-ra kərəm nist”.

Tərcüməsi:

Kəramət sahibi olmus dirəmsiz,

Dirəm sahibləri olmus kərəmsiz.

Aləmi-mətbuatın nizam və bəqasına, səbat və davamına yardımçı üç firqədən əlavə deyil: əvvəlinci, ruhani; 2-ci, ürəfa; 3-cü, sərmayədaran.

1-ci isə bir dəfə də olur isə bu tərəfə guseyi-çesmilə boylə bir nəzəri-e’tina etmiyorlar və etmək də istəmiyorlar.

2-ci isə ancaq əcnəbi mətbuatına aludə olduqlarından islam mətbuatına xidmət deyil, müsəlman nəşriyyatına qeyrət deyil, hətta ildə altı-yeddi manat verib abunə qeyd olmaq ünvanilə bir-ikicə müsəlman qəzetəsinin yaşamasına kömək etmiyorlar. Bundan qətinəzər hətta islam dilində danışmağı və yazmağı özlərinə kəsri-sən hesab edirlər.

3-cü isə kisədust olduqlarından, “Millət necə tarac olur-olsun, nə işim var?!” – deyib də, ancaq kəndi xeyirləri nerədə olur isə ümdə nəzərləri oradadır.

Ona görədir ki, bu gün qüvayi-milliyyəmizi zəf və kəsalət istila edib, kalbüdiruhaniyyəmizi tərk etməyə məcbur olan ruhi-mənəvi “Həyat” kimi bir cərideyiyovmiyyəmizon “Əlvida, əlvida!” naleyicangüdazın eşidən günlərə qaldıq, eşidib də rəgimilliyyə, xüniislamiyyə, qeyrəti-insaniyyəmizə əsla bir əsər də etmədi; bir cüzi hadisə məsabəsində oxunub bir əhəmiyyət verilməmiş vaz keçinildi.

Həmana hələ biz ətalət, bətalət, kəsalətlərdə novmisita mübtəlaləri kimi bir haləticümud və xümudda müstəğrəq qalmışlar imişiz.

Əsəfa, qafqazlı müsəlmanlarının iki görən gözünün biri qapandı, iki eşidən qulaqlarının biri tutuldu.

Bu ar bizə yetməzmi ki, bir milyondan əskik qonşumuz səkkiz-on qəzetə, jurnal saxlamağı bacara bilsinlər, yeddi milyona qədər biz himmətsiz Qafqaz müsəlmanları bildir iki ruznaməyə  malik olduğumuzda, bu il üç edə bilmədiyimiz bəs deyil, birin də itirib oturduq.

Guya bu dürri-sadab və bu gövhəri-kəmyab bizim xəzineyi-ümmiyyəmizdən məfqud olmuyubmuş. Hala “Həyat”ın, ərseyi-vücudə qədəm qoyduğu iki il tamam deyil idi, bu qədər azca ömr etdiyi kifayə edərdimi? Tərəqqinin nəhayətinə çatdıqmı əcəba? Yoxsa, tərəqqiyiməkusə adət etmək istəyirik?

Ey qeyrətdən dəm vuran müsəlmanlar! Bir təsəvvür ediniz, görünüz qonşularımız bizə zəbani-hal ilə bu misrayı xitab edərlər:

Xakət besər tərəqqiyi-məkus kərdei.

Tərcüməsi:

İnkişaf eyləmisən, ay yazıq, ancaq geriyə

Qeyrət, müsəlmanlar, qeyrət! Bunəng və arə mütəhəmmil olmaq olarmı? Bəhər hal bunca müsamihə edib “Həyat”ı əlimizdən çıxartdıq isə də, bu gün aləmi-islamiyyətdə meydani-rəqabətdə tək və yalqız qalıb sinəsipər olan “İrşad”a qədrşünas olub, hər bir nəfərimiz bəqədrülvüs köməklik etməliyik ki, xudanəkərdə, hərgah “İrşad”a bir sədəmə toxunur isə, biz Qafqaz müsəlmanları bir boylə müvəffəqiyyətə əbəda bir daha nail ola bilməyəcəyimiz bədihidir.

Morad-e ma nəsihət bud goftim,

Həvalə bər Xoda kərdim-o rəftim.

Tərcüməsi:

Nəsihətdi muradım xalqa, etdim,

Həvalə eylədim Allaha, getdim.

KÖŞƏ YAZARLARI
TOP 10