Məti Osmanoğlu son illərin ən uğurlu 10 müəllifini seçir

237 Baxış

meti

Senet.az -ın  sorğusuna əsasən hər həftə bir imza son illərin ən uğurlu 10 çağdaş müəllifini seçir. Bu dəfə yazıçı Məti Osmanoğlu öz onluğunu açıqlayır: 

Xanəmir Telmanoğlunun 10-luğu

Kənan Hacının 10-luğu

“Müasir” sözünün sərhədlərini müəyyənləşdirmək mənə çətin gəldiyinə görə cavabım bir neçə hissədən ibarət olacaq. Müasir Azərbaycan nəsri üçün başlanğıc hesab etdiyim əsərlər:

Yusif Səmədoğlu– “Qətl günü”

2.İsa Muğanna – “İdeal”

3. Məmməd İsmayıl – “Bir adam yol gedir bizdən qabaqda”

4. Musa Yaqub – “İlahi, mən bu daşı götürüm, götürməyim”

5. Ramiz Rövşən –“Qapı” silsiləsi

6. Vaqif Bayatlı Odər. Vaqif Cəbrayılzadə imzası ilə yazdığı şeirlərin əksəriyyəti

7. Səfər Alışarlı –“Maestro” romanı

8. Seyran Səxavət – “Qaçaqaç” romanı

9. Qan Turalının hekayələr silsiləsi

10. Aqşin Yenisey – “Cənnətdə terror aksiyası”

11. Murad Köhnəqala – “Beş ay İsveç düşərgəsində”

Əsərləri seçərkən əsaslandığım başlıca meyar bu olub: Əsər yazıldığı zamanın bədii düşüncəsində “hərəkət” yaratmağa, bədii sözün sərhədlərini genişləndirməyə qadir olsun və “yeni oxucu yaratmağa” (U.Eko) xidmət etsin, cəmiyyətin həyatının, yaşadığımız tarixin bədii mənzərəsini yarada bilsin. Başqa sözlə, biz əsərdə özümüzü “oxuya” bilək. Əsərin “yaddaş tutumu” böyük olsun.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10