Mətləb Kamil: “Bu dünyadan, o dünyaya bir qapı var o da ölüm”

69 Baxış

kam

Mətləb Kamil 1983-cü ildə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olub. 2000-ci ildə Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli orta məktəbin 11-ci sinifini bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin 1-ci kursuna qəbul olub. 2004-cü ildə həmin məktəbi leytenant rütbəsində məzun olub. 2004-cü ildən 2005-ci ilədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşmə kursu keçib. 2005-ci ildən ordu sıralarında zabit kimi xidmətdə edir.Ədəbiyyata şeir dünyasına həvəsi isə 1999-cu illərdən başlayıb İlk şeiri isə “Ana, dünya, pul,” adlanır.İlk yazılarını “Qəmçəkər” təxəllüsü ilə başlayıb daha sonra isə “Mətləb Kamil” təxəllüsü ilə davam edib.Hal-hazırda Gədəbəy rayonunda N saylı hərbi hissənin zabitdir.Mətləb Kamil həm vətəninə dövlətinə həmdə ədəbiyyata xidmət edən insanlardandır.Yazdığı şeirlər bir neçə qəzet və sənət portallarında dərc olunub.

 

 

Ölüm

 

Bu dünyadan, o dünyaya bir qapı var o da ölüm,

Əzrailə diz çökdürüb, salır bizi yada ölüm.

 

Neçə kişi son sözünü igid kimi söyləyərək ta diləyir,

Xırdalamaq nəyə lazım versin bizə Xuda ölüm.

 

Ölüm çarə, ölüm əlac, bəzən bizə çıxış yolu,

Acizlikdən dilimizdə bir şüar var, “Ya Qarabağ, Ya da ölüm!”.

 

Ömür şirin, həyat gözəl, doymaq olmur baxmayaraq,

Şirin olan bu həyatda yetir bizə dada ölüm.

 

Yaxşıları tez aparıb, yamanları yaşadandır,

Bil ki, Mətləb gözləmədən verər səni bada ölüm

 

Dəli dedilər

Məni diri-diri məzara qoyub,

Səssiz səmirsizcə dəfn eylədilər.

Bir təmiz ürəyin düşündüyünü

İllər ötüşsədə dərk etmədilər

 

Yalana uydular, gopa uydular,

Cavankən qəlbimə yara vurdular,

Məqamı düşəndə tələ qurdular,

Mən gedən yolları heç getmədilər

 

Yaranan bir gündən köməksizəm mən,

Atalı-analı kimsəsizəm mən,

Allaha sığınan bəndəsizəm mən,

Bir əl də uzadıb heç yetmədilər

 

Nə edim mənəvi dünyasındayam,

Həqiqət, ədalət sorağındayam,

Hayıf ki, nadanlar qabağındayam,

Haqsızlar, haqqımı haqsız yedilər.

 

Uymadım yalana, uymadım pula,

Çevirə bilmədi pul məni qula,

Kənardan bürüşüb bir neçə tula

Mətləbə dəlidir, dəli dedilər.

 

 

Məndən qaçan sevgilim

 

Məndən qaçan sevgim qayıt mənə gəl,

Bizi ayırana deyək min lənət.

Sən mənlə qalsaydın bil ki,şübhəsiz,

Dünyanı sənintək sevərdim əlbət.

 

Mən hələ uşaqkən səni itirdim,

Sənsizlik çətinmiş hardan bilirdim?

Sənin xəyalını xəyal edirdim,

Gecələr gizlincə,tənha və xəlbət.

 

Böyüdüm sən isə dəymədin gözə,

Acımı ağrımı mən verdim sözə,

Sözdə tab hardaydı bu dərdə dözə?

Mən idim dözürdüm çəkib də əziyyət.

 

Həyat acısını atdı üstümə,

Haqqı nahaq edib satdı üstümə,

Sevgisiz,qayğisiz yatdı üstümə,

Anba-an içirdi zəhərdən şərbət.

 

Mənim uşaqikən sevən sevgimi,

Məni tərk eləyib gedən sevgimi,

Mətləb,uşaq təki sevən sevgimi,

Harayla qoy olsun qəlbimə dəvət.

 

 

                                             

 

Bölmə : Poeziya