Məzhəkə – Üzeyir Hacıbəyov

34 Baxış

b694459f38

Kәndlinin biri buğdasını, baramasını aparıb bazarda dәyәr-dәymәzinә satıb bir dәnә at, bir dәnә eşşәk vә әyninә dә bir dәst paltar alıb, evinә tәrәf gedirdi….

Bir nәfәr bәy bunu gendәn gördü vә tәәccüb elәdi ki, kәndlinin hәm atı var, hәm dә eşşәyi. Daldan kәndliyә yaxınlaşıb başına elә bir qapaz saldı ki, kәndli ancaq bir saatdan sonra ayıla bildi vә ayılandan sonra da baxıb gördü ki, eşşәk yoxdur.

Yasavul kәndlinin atına baxıb şikayәtinә qulaq asdı, amma şikayәt “haqqı”az olduğuna görә, kәndliyә bir neçә dәnә qamçı çәkdi vә dedi:

-Bağla atını burada, get әtrafı gәz, bәlkә eşşәyin tapıla.

Kәndli atını yasavula tapşırıb, eşşәyi axtarmağa getdi. Çox gәzdi, çox dolandı, hәrçәnd bәyin qapısında bir eşşәk gördü ki, öz eşşәyinә çox oxşayırdı, amma o cürә şeylәri fikrinә gәtirmәyә cürәt elәmәdi.

Vә qayıtdı ki, bәlkә yasavul bir kömәk elәyә, amma nә yasavuldan vә nә atdan bir nişan da görmәdi.

Kәndli xofa düşdü, elә bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklәdi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır.

Bikef vә bidamaq bir çayın qırağında oturub evinә qayıtmağa utanırdı. Gördü ki, bir nәfәr sarıqlı gәlir. Kәndli durub ikiqat әyildi vә yenә bidamaq yerinә oturdu. Sarıqlı dedi:

-Nәdir ki, belә bidamaqsan?

Kәndli ağlaya-ağlaya әhvalatı nәql elәdi.

Sarıqlı bunun tәzә libasına diqqәt yetirib dedi:

-Mәn sәnә әlac edәrәm.

Yazıq kәndli şadlığından bilmәdi ki, nә qayırsın, özünü yıxdı sarıqlının ayağına. Sarıqlı dedi:

-Sәnin atını da, eşşәyini dә cin oğurlayıbdır vә cin dә sәnin bu libasındadır. Ona görә bu libası ovsunlamaq lazımdır. Vә illa başına çox bәlalar gәlәr.

Kәndli cin adını eşidәn kimi dәlitәk paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu vә dedi:

-Bir qәdәr yat.

Onsuz da it kimi yorulmuş kәndli başını yerә qoyan kimi yuxu basdı vә yuxsunda gördü ki, eşşәyi dә, atı da tapılıb, kişnәyә-kişnәyә bunun yanına çapırlar. Kәndli sevindiyindәn elә çığırdı ki, öz sәsinә oyandı vә oyanıb gördü ki, nә sarıqlı var, nә paltar.

Binәvanı dәhşәt basdı. Әlinә bir çomaq alıb özünü qoruya-qoruya kәndinә yetirdi. Xalq yığılıb dedilәr ki, a kişi, dәli olubsan nәdir? Lüt gәzib özünü qoruyursan?

Dedi:

-Atımı oğurladılar, eşşәyimi oğurladılar vә paltarlarımı oğurladılar. İndi qorxuram ki, özümü dә oğurlayalar.

KÖŞƏ YAZARLARI
TOP 10