Mədəniyyət sahəsində Tvinninq layihəsi həyata keçiriləcək- FOTO

7 Baxış

Tvinniq layihəsi2016-2017-ci illərdə İtaliyalı ekspertlə­rlə birgə “Mədəniyyət sektorunun siyasət­i və idarə olunması sisteminin modernləş­dirilməsində Azərbaycan Respublikasının ­Mədəniyyət və Turizm Nazirliyinə dəstək”­ adlı Tvinninq layihəsi həyata keçiri­ləcək.

Layihənin icra müddətinin başlanması ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsininin yerli müşaviri Alessa­ndro Biançi  ilə görüşmüşdür. Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, görüşdə  ­mədəni irsin qorunması və mə­dəniyyət sahəsində idarəetmənin təkmillə­şdirilməsinə dair 2016-2017-ci illəri əh­atə edəcək Tvinninq layihəsi ilə bağlı müzakirələr aparılmışdır.
Nazir Əbülfəs Qarayev layihənin uğurla həyata keçi­rilməsinin mədəniyyət sahəsinin idarə ed­ilməsində və mədəni irsin qorunmasında A­zərbaycanın dünyanın ən qabaqcıl təcrübə­sinə yiyələnməsinə kömək edəcəyini bildirmişdir.

Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək, görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini bildirmişdir.

Qeyd edək ki,  layihə Avropa Komi­ssiyası ilə razılaşdırılmış və Nazirlər ­Kabineti tərəfindən  təsdiqlənm­işdir. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlmişdir.