“Məhəmməd bəy Kavaler” təqdim olunacaq

51 Baxış

teqdimatDekabrın 19-u, saat 15:00-da Kitabevim.az kitab marketində Məhbubə Hacıyevanın “Məhəmməd bəy Kavaler” romanının təqdimat mərasimi keçirləcək. Romanda XIX yüzilliyin ikinci yarısında Qarabağda, eləcə də Şuşada baş verən hadisələrdən, ermənilərin və rus imperiyasının işğalçı siyasətindən bəhs edir.

Əsərdə Xan qızı Xurşidbanu Natəvan, Qaçaq Nəbi kimi tarixi şəxsiyyətlər haqqında da məlumatlar verilir. Romanın baş qəhrəmanı igid, qorxmaz Qaçaq Məhəmməd bəy Kavalerdir. O, xalqının və yurdunun müdafiəsinə qalxır, lakin xəyanətin qurbanı olaraq öldürülür.

Bölmə : Sənət xəbər