Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi qeyd ediləcək

2 Baxış

1418471591_9228295467_04df2c544a_h

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi qeyd ediləcək. Senet.az saytının məlumatına görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı əsasında baş tutacaq.

Tədbirdə şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında, milli özünütanımada böyük xidmətləri olan Şəhriyar yaradıcılığından söz açılacaq. Klassik şeirin bütün şəkillərinə müraciət edən şairin şeirlərindən nümunələr səsləndiriləcək.

Bölmə : Ədəbiyyat