“Mən də indi cəngavərəm”

14 Baxış

aygun bunyadzadeSenet.az “Ustad” aylıq ədəbiyyat və sənət dərgisinin ikinci sayında yer alan “Mən də indi cəngavərəm” adlı yazıdan bir hissəni təqdim edir. Oxucularımızın nəzərinə çatdırırıq ki, dərginin redaksiyasından verilən məlumata görə ikinci say yeni həftə işıq üzü görəcək.  Aygün Bünyadzadə yazır… 2010-cu ilin əvvəlləri idi. “Cırtdan” uşaq jurnalında baş redaktor işləyərkən dostlaşdığım uşaqlar bu orden üçün mənim namizədliyimi irəli sürdülər. 2010-cu ilin sentyabrında isə, Polşada Ordenə layiq görülməyim barədə əmr imzalandı. 10-12 martda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Polşada oldum. Məqsəd – layiq görüldüyüm, “uşaqlar qarşısında xidmətlər üçün” beynəlxalq Təbəssüm Ordeninin təqdimatında iştirak etmək idi. Etiraf edirəm – Polşaya ilk dəfə getdiyim və dillərini bilmədiyim üçün çox həyəcanlı idim. Bu barədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova məktub yazıb, vəziyyəti izah etdim. Çox keçmədi ki, səfirlikdən mənə zəng edib əmin etdilər ki, ürəklə gələ bilərəm, bir səfilik olaraq, qayğılarını məndən bir an belə əskik etməyəcəklər. Həqiqətən də, səfər zamanı, Həsən Həsənovun şəxsi göstərişi ilə, məni hələ hava limanında səfirlik nümayəndəsi qarşılayıb, oteldə yerləşməyimə yardım etdi, axşamüstü isə Həsən müəllim özü şəxsən məni qəbul etmək istədiyini bildirdi. Çox səmimi görüş oldu. Sabahı gün səhər saat 7-də, Ordenin idarə heyətinin sədri, eyni zamanda Avropa beynəlxalq uşaq hüquqları üzrə baş ombudsman vəzifəsini yerinə yetirən Marek Mixalakla birgə Mıslitsa şəhərinə yola düşdük. Mareklə hələ 9 il əvvəl, rəhmətlik Ələkbər əmiyə Orden təqdim etmək üçün Bakıya gəldikdə tanış olmuşduq, o vaxtdan da dostluq əlaqələrimiz vardı. Polşaya gəlməmişdən əvvəl, o da, Həsən Həsənov kimi, məni əmin etmişdi ki, Polşada bir an məni tək buraxmayacaq, çünki, biz, böyük bir ailəyik – Təbəssüm Ordeni kavalerləri ailəsi! Və alə üzvü olaraq, mənim hər an, hər dəqiqə qayğıma qalacaq. …