Məndən ötdü qardaşıma dəydi

36 Baxış

 

memmed araz 1

 

Məmməd Araz

Menden ötdü, qardaşıma deydi

Ey daşlaşan, torpaqlaşan
ulu babam,
Bu günümden dünenime uzaqlaşan,
ulu babam,
Külekleşen, dumanlaşan ruhunla sen
Ayağa dur seninleyem !
Ses getmeyen, el yetmeyen
Qedim tarix deresinden
Ses ver menim sesime san:
Sene gelen, senden öten
neydi bele?
Senden ötüb qardaşına deydi bele?!
Bununlamı neçe defe
Ata-oğul qardaş hissi haçalandı,
Bir şeherin,
Beş qardaşın xanlığına parçalandı ?!
O zamanmı bitdi bizim dilimizin
“senin”, “menim” qabarı da?
O zamanmı bitdi bizim dilimizin
“Haralısan” damarı da?….
Seninleyem, ulu babam?
Bu meseli kimdi yazan?
Hansı soysuz ata idi,
Ataların imzasını
Çekib ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma qıyma doğrayaram,
Qara Çoban,
Ulu Babek,
Deli Domrul ,
Ey Xan Eyvaz ,
Giziroğlu Mustafabey .
Eger ki , siz
Bu mesele qol çekdiniz !
Sonra , sonra hansınızsa
Xalqa gelen bir qezadan
Öz başını yana eydi ,
O qeza bir topa dönüb
Setterxanın tifaqına
yaman deydi ,
Menden ötdü !…
Menden ötdü !….
Sevince bax , qeyrete bax !
Bunu yazan xilqete bax !
Menden ötdü …
Qulağımdan getmir bu ses ,
Zerbeleri qardaşına ,
Sirdaşına ötüren kes
Ele bil ki bax bu gece
Qulağımın dibindece
Xetainin süqutuna qeh – qeh çekdi .
Sonra , sonra
Seherecen başına yüzqedeh çekdi .
O qeh- qehin dalğasından ,
mestliyi baş fırladan
Havasından qopan daşdı …
Azerbaycan torpağında
Araz boyda şırım açdı .
Menden ötdü …..
Bunu dedi Şeki xanı ,
Bunu dedi Bakı xanı ,
Bunu dedi İbrahim xan ,
Feteli xan , Kelbeli xan …..
Qeza ötsün – menden , – dedi ;
Öten kimi << men – men >> dedi ;
<< Men – men >> dedi bir ölkede
Ne qeder xan .
Onlar men- men deyen yerde
Sen olmadın Azerbaycan !
Seni senden alıb bele
Yüz illerle uyutdular ,
Seni sende elediler .
Seni sende üyütdüler .
Dibek oldun öz duzunla ,
öz daşınla .
Ögey oldun ,
doğma , ekiz qardaşınla —
Menden ötdü deyenlerin qeyretinden ,
Namusunu yeyenlerin qeyretinden !
Ey daşlaşan , torpaqlaşan ulu babam !
Bu günümden dünenime uzaqlaşan ulu babam !
Ayağa dur !
Defn etdiyim meseleni
Başdaşına
Bir teessüf xatiresi yazıb , yondur :
Senden öten mene deydi ,
Menden öten sene deydi ,
Senden ,menden öten zerbe
Veten , Veten , sene deydi ..