Mərhəmət!

536 Baxış


Haldun Camal

Haldun Camal (AYB-nin üzvü, Prezident təqaüdçüsü)

Mərhəmət!

 

 

 

 

Mərhəməti öldürməyək, adamlar!

Qarlı qüzeylərdə üşüyüb…

xəstələnib mərhəmət!..

Sağaldaq!

Üst-başında ayaq izi, tapdaq izi, –

tapdalanıb mərhəmət!!!

Yuyunduraq,

saçlarını sığallayaq, darayaq.

Sinəsində dırnaq izi,

caynaq izi,

güllə izi,

bıçaq izi… –

yaralanıb mərhəmət!

Yarasını sarıyaq!

Mərhəməti öldürməyək, adamlar!

Mərhəmətsiz axırımız nə olar?!