Məşhur fizik özünü aktyorluqda sınayıb- Video

11 Baxış

stiven HokinqJaguar avtomobil markası sayəsində məşhur fizik və alim Stiven Hokinqin çoxdankı arzusu reallaşıb.

Bir neçə gün əvvəl 74 yaşlı Hokinq Facebook səhifəsində özünün qaranlıq tərəflərini nəhayət ki aça bildiyini yazıb. Və qeyd edib ki, Jaguarın yeni modelinin rolikində cani rolunu ifa edib. “Siz məni professor Stiven Hokinq, zaman və məkan konsepsiyaları üzərində çalışan fizik kimi tanıyırsınız. Amma mənim Sizin bilmədiyiniz tərəflərim də var: Stiven Hokinq aktyordur. Mən həmişə britaniyalı cani rolunu oynamaq istəmişəm. İndi Jaguar sayəsində arzularım reallaşdı”.

Reklam rolikinin qısa müddət ərzində 3 milyon izləyicisi olub.

Bölmə : Sənət xəbər