Məşhur fotoqraf insanları nəyə səsləyir?- FOTOLAR

53 Baxış

Sebastio SalqadoDünyaca məşhur fotoqraf Sebastio Salqado “Genesis” adlı sərgisində 245 möhtəşəm şəkillər cəmləşib. Bu fotolar 32 müxtəlif məkanda 8 illik səyahət zamanı çəkilən minlərlə şəklin arasından seçilib. Sərgi- Yer kürəsinin fotolarla ekspedisiyadır. Fotoqraf dünya sivilizasiyasının dağıdıcı təsirlərindən hələlik yaxa qurtara bilmiş sakinlərin məskun olduğu yerlərə səfər edib. Bu sübut edir ki, bizim planetdə hələ də əzəmətli təbiətin hökmranlıq etdiyi böyük ərazilər var. “Genesis” bu gözəlliyi izləyiciləri ilə bölüşür və diqqətləri planetdə toxunulmazlıqların hələ də qaldığına, ancaq onları da artıq yox olmaq təhlükəsi gözlədiyinə və hələlik xilas edilmə imkanlarının olmasına yönəldir.

 

Antarktidada yarımada. 2005-ci il

Antarktidada yarımada. 2005-ci il

“Genesis” layihəsinə 2004-cü ildə başlanılıb və 2011-ci ildə yekunlaşıb. Layihə üzərində çalışdığı bu illər ərzində Salqado Kalahari səhrası, İndoneziya cəngəllikləri, Qalapaqos adası, Madaqaskar, Alyaska, Antarktida və digər yerlərə baş çəkib.

salqado 14

Sibir, Rusiya. 2011-ci il

O yerlərə ki, həmin məkanlardakı gözəlliklərə insanlar hələ toxunmayıblar. Buradakı təbiət öz əzəməti ilə hər kəsi valeh edir və gələcək nəsillərə saxlamaq üçün sanki insanlara səslənir. Şəkillərin müəyyən hissəsi Rusiyanın Kamçatka yarımadasında və Vranqel adasında çəkilib.

salqado 12

Sibir.Rusiya. 2011

Bu sərgi artıq dünyanın 25 şəhərində nümayiş etdirilib və 3 milyondan çox insan tərəfindən izlənilib. Həmin məkanlar arasında aşağıdakılara diqqət çəkmək istərdik:

London-Təbiət Tarixi muzeyi

Toronto-Ontario Kral muzeyi

Roma-Ara Paçis muzeyi

Rio-de- Janeyro-Botanika bağı

Stokholm-Fotoqrafiska fotoqrafiya muzeyi

Paris-Avropa fotoqrafiya evi

Nyu- York- Beynəlxalq Fotoqraflar Mərkəzi

Sinqapur Milli muzeyi

Şanxay- Təbiət Tarixi muzeyi