“XAN” nəşriyyatı, Bakı-2015. 160 s.
M. Bakuninin 1871-ci ilin fevral-mart ayları ərzində qələmə aldığı bu əsər, digər əsərləri kimi yarımçıqdır. Əsər yazılarkən Fransa-Prussiya müharibəsindən bəhs etməli və iki hissədən ibarət olmalı idi. Lakin yarımçıq qalmış əsər sonradan itir və əsəri Bakuninin inqilabçı-anarxist dostları Karlo Kafiero və Elise Reklus tapıb, bəzi parçaları fransız dilindən tərcümə edib, nizama salırlar.
Kafiero və Reklus kitabı 1882-ci ildə çap etdirib, “Tanrı və dövlət” adını versə də, Bakunin kitabın adının “Kommunist Dok-trina məktəbinin Sofizm tarixi” olmasını istəyirdi.
İyirmiyə yaxın dilə tərcümə olunmuş “Tanrı və dövlət” Bakuninin ən məhşur əsərlərindən biri hesab olunur.