Mahnı Teatrı yeni mövsümə belə hazırlaşır

12 Baxış

reshidbehbudov

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcı kollektivi yeni mövsümə hazırlaşır. Sentyabrın 18-də açılacaq mövsümdə teatrın estrada-simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Əməkdar artist Salman Qəmbərovun bədii rəhbərliyi ilə baş tutacaq konsertdə kollektivin ifasında müxtəlif musiqi nömrələri səsləndiriləcək. Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev və bir sıra xarici ölkə bəstəkarlarının da klassik əsərlərinin daxil edildiyi proqram üzərində hazırlıqlar davam edir.

Konsertdə “Cəngi” estrada folklor ansamblının müxtəlif musiqi nömrələri ilə çıxış edəcəyi gözlənilir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10