Maleviç haqqında 10 həqiqət

29 Baxış

20-ci əsrin ən əhəmiyyətli əsərlərindən biri olan Qara Kvadratın müəllifi Kazimir Maleviç, London Tate Modern muzeyində “Maleviç Rus Sənətinin İnqilabçısı” sərgisi bu günlərədə haqqında ən çox danışılan tədbirlərdən biridir. Sərgi 26 oktyabr tarixinə qədər davam edəcək. Bu müddətd ərzində sosial mediada, dostlar arasında, sərgi zamanı diqqətinizi çəkəcək Maleviç haqqında 10 həqiqəti senet.az sizin üçün araşdırdı.

1

1 – Şəkər çuğundur kəndi

Polşa mənşəli Severy və Ludvika Maleviçin ilk oğlu Kazimir Maleviç idi. O 1879-cu ildə Kiyevdə anadan olmuşdur. Evdə ləhcə ilə danışırdılar. Atası bir şəkər zavodunda ustabaşı idi. Uşaqlığı boyunca Ukraynanın şəkər çuğunduru yetişən bir çox fərqli kəndlərində yaşamışdılar.

2 – Kök boya və ikonalar

Kazimirin sənətə marağı var idi. Lakin mədəniyyət mərkəzlərindən uzaq yaşamadığı üçün 12 yaşına qədər sənət üçün etdiyi tək şey kəndlilərin bitki köklərindən əldə etdikləri boyalarla əşyaları və divarları bəzəməkdi. Həyatının bu dövrü ona o qədər təsir etdi ki, bir müddət Rus kəndlilərini və təqaüdçülərini təsvir etməsinə səbəb oldu.

3 – Dəmiryol rəssamı

1889-cu ildə ailəsi ilə köçdüyü Parlhomovkada 2 il əkinçilik məktəbinə getdi. İlk rəsm dərslərinə 1893-cü ildə yenə bu şəhərdə, Nikolay Pimonenkonun sinifinə yazılmaqla başladı. Moskvada sənət təhsili almaq üçün dəmiryollarında texniki rəssam olaraq işə başladı. 1902-ci ildə atası vəfat edəndən sonra Moskvaya getdi. 1905, 1906, 1907-ci illərdə 3 dəfə Moskva İncəsənət Məktəbinə daxil olmaq üçün imtahan verdi, ancaq uğursuz oldu.

4 – Sevgi

3 dəfə evlilik həyatı yaşayan sənətkar ilk evliliyini 1901-ci ildə Polşalı Kazimira İvanovna Zgletis ilə etmişdir. 1909-cu ildə ilk həyat yoldaşından ayrılan Maleviç, bir psixiatrın qızı Mihailovno Rafaloviç ilə ikinci evliliyini edir. 1920-ci ildə Sofia ilə evliliyindən qızı Una dünyaya gəlir,  amma 1925-ci ildə Sofia həyatını itirir. 1927-ci ildə Leninqradda İncəsənət Tarix İnstitutuna təyin edilən Maleviç, orada Natalia Andreyevna Mançenko ilə ailə həyatı qurur.

5 – Dördüncü Ölçü və Eynşteyin

1900-cü ilin əvvəllərində astronomiya, həndəsə, riyaziyyat kimi elmlərin mistik istiqamətinə yaranan maraq Rusiyanı da təsir altına alır. Maeterlink, Baudelaire, Rene Ghil kimi yazıçıların simvolik ədəbiyyatının çox rəğbət görməsi həmçinin Nyutonun Dördüncü Ölçü və Yeni Bir Düşüncə çağı kitabları rus dilinə çevrilir. Maleviç də bu suveren simvolist təsirdən payını alır. Süpermatizmin (uca) təməllərini təyin edərkən ən böyük dəstəyini bu dördüncü ölçü nəzəriyyəsindən və Eyinşteyinin kainat əyriliyi qanunundan yararlanır.

6 – Cezanne, Matisse, Monet, Gauguin

Maleviçin 1908-1911-ci illərdə “Yuyunanlar” başlıqlı rəsmləri, Matissenin “Rəqs” adlı əsəri və yenə eyni dövrdə çəkdiyi avtoportireti Madam Matisseni xatırlatmaqdadır. Maleviçin sənətə gəldiyi ilk dövrlərdə çəkdiyi “Hamamda pedikürçü”, Cezanneni “Kartla Oynayanlar” tablosu bənzərlik təşkil edirdi.  Monetin ona etdiyi təsiri 1919-cu ildə qələmə aldığı mətni Sənətdə Yeni Sistemlər Haqqında: Sabitlik və Dinamika” əsərində bəhs edilir.  söz edir.

7– Mixail Matyuşin

1912-ci ildən Gənclik Birliyi Sərgisilə meydana çıxan Maleviç skripkaçı, bəstəkar və rəssam Mixayil Matyuşin ilə tanış olur. Bu dostluq Matyuşinin vəfatına qədər davam etdi. Onların birlikdə xeyli işləri olmuşdu. Maleviç futuristik rəsmlər – dostlarının portiretini çəkərkən yaxın dostu Matyuşinin də futuristik portretini çəkmişdi.

8 – Süpermatist Çaydanlıq

1923-cü ildə UNOVİS-də işləyərkən Petrograd Lomonosov Farfor fabrikinin əməkdaşlığı ilə farfor dizaynlar etməyə başladı. Ancaq bu dövrdə istehsal edilənlərdən sadəcə günümüzə yalnız farfor fincanlar qalmışdır.

9 – Vəsiyyəti

Maleviç 1931-ci ildə İvan Klyuna yazdığı bir məktubunda, vəfatından sonra məzarının üzərində Yupiterə baxmaq üçün bir teleskopun qoyumasını istəmişdi. 1933-cü ildə xərçəng diaqnozu qoyulmasından sonra həyatını itirir. Öldüyü zaman yatağının başında Qara Kvadrat rəsmi asılı idi. Supermatist motivli bir tabuta qoyuldu və yandırıldıqdan sonra külləri bir qabın içinə qoyularaq istədiyi yerdə basdırıldı. Məzarı üzərində teleskop qoyulmaladı, ancaq dostu və şagirdi Nikolay ortasında qara bir kvadrat yerləşdirilmiş olan küp şəklində məzar daşını yerləşdirdi. İkinci dünya müharibəsi zamanı yox olan bu məzar illər sonra 1988-ci ildə yeniləndi.

10 – Supermatist Kompozisiya

Dünyanın ən bahalı rəsmləri arasında olan Supermatist Kompozisya rəsmi 2008-ci ildə Sothebydə təşkil edilən hərracda 65.8 milyon dollara satıldı.