Mark Tvendən 13 ilhamverici sitat

34 Baxış

mark tven

 

Bu gün görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tvenin anım günüdür.  Əsl adı Samuel Klemens olan Mark Tven 1835-1910-cu illərdə yaşamış Amerika ədəbiyyatının ən tanınmış yazıçılarındandır. 17 yaşına qədər qəzetdə çalışıb və daha sonralar ani bir qərarla gəmidə işləməyə başlayıb.

1861-ci ildəki ABŞ vətəndaş müharibəsinə qatılmış, sonra da qızıl axtaranlara qoşulub qənimət arxasınca getmiş Mark Tven macəra dolu bir həyata sahib idi.

“Tom Soyerin macəraları” , “Haklberri Finin sərgüzəştləri”, “Missisipidə keçən həyat” kimi əsərlərin sahibi Mark Tven təcrübə dolu həyatı boyunca dediyi 13 sitata göz gəzdirək:

1) “Yaxşı dostlar, yaxşı kitablar, hüzurlu bir vicdan: bax ideal həyat budur”.

2) “Xəyallarınızı lağa qoyanlardan uzaq durun! Daxili dünyası kiçik olan insanlar başqalarını da daraltmaq və kiçiltmək istəyərlər”.

3) “Bəzi insanlar o işin imkansız olduğunu bilmədikləri üçün bacardılar”.

4) “Kədər öz-özünə keçər; amma xoşbəxtliyin tam zövqünü çıxartmaq üçün onu paylaşacağınız bir nəfərin olması lazımdır”.

5) “Həyat qısadır. Qaydaları yıx. Bağışla. Qəhqəhə ilə gül. Səni gülümsədən şeylərdən əsla peşman olma”.

Yazıçı Mark Tvendən ilham verən 13 səmimi sitat

6) “Heç kim baxmırmış kimi rəqs et, heç inciməmiş kimi sev, heç kimsə eşitmirmiş kimi mahnı oxu, dünya cənnətmiş kimi yaşa”.

7) “Həmişə doğrunu denən, nə dediyini xatırlamaq məcburiyyətində qalmarsan”.

8) “Həyat necədir, bilirsiniz? Üçdə biri gözəl keçən vaxtlar, geri qalanı da o gözəl vaxtları xatırlamaqdır”.

9) “Heç bir vaxt məktəbin təhsil almağımın qarşısını almasına imkan vermədim”.

10) “Hər günə həyatının ən gözəl günü olması üçün şans ver”.

11) “Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək və qorxuya hökm etməkdir”.

12) “Ətrafında çox insanın olması önəmli deyil, ətrafında az insan olsun kifayətdir”.

13) “Yaxşı kitablar oxumayan bir nəfər ilə oxuma-yazma bilməyən biri arasında heç bir fərq yoxdur”.

Bölmə : Manşet, Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10