Uilyam Folknerin “Amerika ədəbiyyatının atası” dediyi yazıçı Mark Tveynin yeni hekayələri tapılıb.
O, 29 yaşında olarkən “San Fransisko Kronikal” qəzetinə poçt vasitəsilə hər gün məqalə, hekayə və xəbərlər göndərirmiş. Bu yazıların bir çox imzasız, digərləri isə Samuel Klemens imzası ilə verilirmiş.
Amerikanın prestijli “Berkeley Universieti” tərəfindən başlanan layihədə tapılan materialların 150 illik tarixi olduğu qeyd edilir.