Markes FTB tərəfindən izlənilib – SƏBƏB

53 Baxış

MARKESMəşhur yazıçı Qabriel Qarsiya Markes Federal Təhqiqatlar Bürosu tərəfindən 24 il ərzində izlənilib.

Senet.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Markes Kuba prezidenti Fidel Kastro ilə dost olduqları üçün 1961-ci ildən etibarən izlənməyə başlayıb. FTB-nin keçmiş rəhbəri Edqar Quver qəzetin xahişi ilə, Markesin izlənilməyi ilə bağlı olan sənədlərin 137 səhifəsini ictimaiyyətə açıqlamağa razı olub. Ancaq məxfi hesab edildiyi üçün açıqlanmayan 133 səhifə hələ də qalır.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10