Markesin arxivi internetdə yayımlanacaq

39 Baxış

markesAmerikanın Texas Universiteti kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin şəxsi arxivini virtual aləmə köçürəcəklərini açıqlayıblar. Bu layihənin həyata keçirilməyi üçün 127 min dollar ayrılıb.

18 ay müddətində keçiriləcək layihədə Markezin əlyazmaları, fotoları və dəftərləri internetdə yerləşdiriləcək.  24 mindən çox səhifənin yayımlanmağı nəzərdə tutulur.

Qeyd edək ki, Texas Universiteti Markesin arxivini ölümündən sonra 2,2 milyon dollara almışdı. Arxivdə Markesin tamamlanmış romanı da var.

Bölmə : Sənət xəbər