Mart ayında Musiqili Teatrda 20-dən çox tamaşa nümayiş olunacaq

20 Baxış

Musiqili-Komediya-TeatriDünya azərbaycanlıları mart ayında Novruz Bayramını qeyd edəcək. Azərbaycan Dövlət Musiqili Teatrı da bu ay ərzində tamaşaçılarına ikiqat bayram əhval-ruhiyyəsi yaşadacaq. 


Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu senet.az-a  bildirib ki, mart ayında Musiqili Teatrda bir-birindən maraqlı 20-dən çox tamaşa nümayiş olunacaq.

Tamaşaçıların hər zaman sevə-sevə izlədiyi Ü. Hacıbəyli “O olmasın, bu olsun”, “Ər və arvad”, E. Sabitoğlu, T. Vəliyeva “Bankir adaxlı”, O. Kazimi, R. Heydər “Qızıl toy”, E. Sabitoğlu, C. Məmmədov “www.ferzeli-kef.com”, Ə. Haqverdiyev “Kimdir müqəssir?”, F. Sücəddinov, T. Vəliyeva “Mən dəyərəm min cavana”, R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov “Talelər qovuşanda” və s. səhnə əsərləri mart ayının repertuarına daxil edilib. Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Onlar üçün M. Kamoletti “Fransızsayağı qarnir”, Q. X. Anderson “Düyməcik”, Ş. Pero (səhnələşdirməsi A. Sadıqov) “Yatmış gözəl və cırtdanlar”, R. Ağayeva, A. Xayt, A. Kurlyanski “Bir dayan, canavar”, R. Şəfəq, V. Zimin “Yağış göbələyinin macərası”, E. Sabitoğlu, Y. Şvarts (tərcümə edəni C. Məmmədov) “Qırmızıpapaq” və başqa tamaşalar nümayiş olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində öz sevimli aktyorlarının – Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Çingiz Əhmədov, Ema Məlikova, aktyorlar Əzizağa Əzizov, Hüseyn Əlili, Emil Heydərov, Ülviyyə Əliyeva və başqalarının ifalarını bir daha izləyə biləcəklər. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10