“Mart fəcisəsindən Xocalıya ermənilərin Türk soyqırımı” Türkiyədə nəşr olunub  

12 Baxış

BoranProf. Dr. Boran Əzizin “Mart fəcisəsindən Xocalıya ermənilərin Türk soyqırımı” adlı kitabı Türkiyədə nəşr oldunub.

Əsəri Türkiyə türkcəsinə uyğunlaşdıram Türkiyəli alim Doç. Dr. Sabahətdin Şimşir qeyd edib ki, əsərdə 20 yüzil boyunca, 1905-1907, 1918, 1948-1953 və nəhayət 1988-ci il sonrası ermənilərin Azərbaycan Türklərinə qarşı törətdikləri soyqırımlardan danışılır.

O qeyd edib ki, əsər sadəcə yazılı qaynaqlar əsasında deyil yeri gəldiyində canlı şahidlərin ifadəsi ilə də yazıldığından  bu mövzuda yazılmış əsərlər arasında əhəmiyyətli boşluğu doldurmuşdur. Əsəri türkiyə türkcəsinə çevriməmizdə məqsəd, qərb dünyasında daim gündəm mövzusu olduğu bir dövürdə, hələ qazilərinin və canlı şahidlərinin bir qisminin həyatda olduğu Türk Dünyasının önəmli bölgəsi olan Qarabağda yaşanan vəhşilikləri bir də Azərbaycan türk akademiklərinin qələmindən Türkiyə oxuyucusana çatdırmaqdır.

 

Əsərdə, “Mart soyqırımı və səbəbləri”, “Güney Azərbaycanda Türk əhaliyə qarşı soyqırımlar”, “1918-1920-ci illərdə Azərbaycan-Ermənistan münasibətləri” və d. önəmli mövzulara toxunulur.

 

Senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10