Maska – Anton Çexovun hekayəsi

8 Baxış

Без названия

İctimai klubda xeyriyyə məqsədilə bal-maskarad və ya yerli qızların adlandırdığı kimi bal-parey verilirdi.

Gecə saat on iki idi. Rəqs etməyən beş nəfər maskasız ziyalı qiraətxanada, böyük stol arxasında oturub başlarını aşağı dikərək qəzet oxuyur, mürgüləyir və mərkəzi qəzetlərin yerli müxbiri olan çox liberal bir cənabın dediyinə görə, “düşünürdülər”.

Ümumi zaldan “Vyuşki” rəqs havasının səsi gəlirdi. Xidmətçilər ayaqlarını bərk-bərk yerə vuraraq, qab-qacağı cingildədə-cingildədə tez-tez qapının yanından o tərəf-bu tərəfə qaçırdılar. Qiraət- xana isə dərin bir sakitlik içində idi. Birdən sobadan çıxırmış kimi boğuq, nazik bir səs eşidildi:

- Bura münasib yerə oxşayır!

Bura gəlin!

Bura!

Qapı açıldı, faytonçu paltarı geymiş, başına tovuz quşu lələkli şlyapa qoymuş, maska taxmış, enli, yastı-yapalaq bir kişi qiraətxanaya girdi. Üzü maskalı iki xanım və əlində podnos olan bir xidmətçi də onun ardınca içəri daxil oldular. Podnosda armudu likör butulkası, üç şüşə qırmızı çaxır və bir neçə stəkan var idi.

Kişi dedi:

- Bura gəlin! Bura sərindir. Podnosu stolun üstünə qoy… Oturun, mamzellər! Je vupria lya trimontran! Ağalar, siz geri çəkilin… bura…

Kişi səndirlədi və əli ilə stolun üstündən bir neçə jurnalı yerə saldı.

- Bura qoy! Möhtərəm oxucular, siz geri çəkilin. Qəzetlə, siyasətlə məşğul olmaq vaxtı deyil…

Ziyalılardan biri gözlüyü üstündən maska taxmış adama baxaraq dedi:

- Mən xahiş edirəm ki, səs salmayasınız. Bura bufet deyil, qiraətxanadır…

Bura içki içilən yer deyil…

- Nə üçün deyil? Stol tərpənər, ya tavan uça bilər? Qəribə söz deyirsən!

Hə… danışmağa vaxtım yoxdur!

Qəzetləri yerə qoyun…

Oxuduğunuz bəsinizdir; onsuz da çox ağıllısınız, bir də ki gözünüz xarab olar. Düzünə qalsa, mən istəmirəm, burada qəzet oxuyasınız, qurtardı getdi!

Xidmətçi podnosu stolun üstünə qoydu və salfeti qolunun üstünə atıb qapının yanında dayandı. Xanımlar elə o saatca qırmızı çaxırdan içməyə başladılar. Papağına tovuz lələkləri taxmış kişi özünə likör tökərək sözə başladı:

- Dünyada elə adamlar var ki, onlar üçün qəzet bu içkilərdən yaxşıdır. Ancaq, hörmətli cənablar, mənim fikrimcə, siz ona görə içmirsiniz ki, içməyə pulunuz yoxdur.

Elə deyilmi?

Ha-ha!..

Qəzet oxuyurlar. Orada nə yazılıb, gözlüklü cənab? Siz orada nə oxuyursunuz? Ha-ha! A kişi, bəsdir, inad etdin!

Yaxşısı budur ki, iç!

Tovuz lələkli kişi yerindən qalxdı və qəzeti gözlüklü adamın əlindən dartıb aldı. Gözlüklü adamın əvvəl rəngi ağardı, sonra qızardı və təəccüblə o biri ziyalılara baxdı. Onlar da dönüb ona baxdılar. Gözlüklü adam hirsləndi:

- Möhtərəm cənab, siz harada olduğunuzu unudursunuz! Siz qiraətxananı meyxanaya çevirirsiniz, şuluqluq edirsiniz, qəzeti adamın əlindən dartıb alırsınız!

Mən buna yol vermərəm! Möhtərəm cənab, siz bilirsinizmi, mən kiməm? Mən bank direktoru Jestyakovam!

- Cəhənnəmə ki Jestyakovsan! Al, bu da sənin qəzetin…

Maskalı kişi qəzeti götürüb parça-parça elədi. Jestyakov donub qaldı:

- Ağalar, bu, nə işdir? Bu, çox qəribədir, bu… bu hətta qeyritəbii bir İşdir.

Maskalı adam güldü:

- Onlar acıqlanıb! Pah atonnan, lap qorxdum! Hətta qorxudan əsirəm də! Bilirsiniz, nə var, hörmətli ağalar!

Zarafat boşlayın, sizinlə danışmağa həvəsim yoxdur…

Mən burada mamzellərlə tək qalıb kef çəkmək istəyirəm, buna görə xahiş edirəm ki, artıq-əskik danışmayıb çıxıb gedəsiniz.

Buyurunuz!

Cənab Belebuxin, cəhənnəm ol, get! Sirsifətini nə turşutmusan? Deyirəm, çıx, vəssalam! Tez çıx, yoxsa payını alarsan!

- Necə yəni çıx! – deyə məhkəmənin xəzinədarı Belebuxin qızarıb çiyinlərini çəkdi. – Mən heç başa düşmürəm… Həyasızın biri içəri soxulur və… kefi istədiyini eləyir!

- Necə yəni həyasız?

- deyə tovuz lələkli adam qəzəblə çığırdı və yumruğunu stola elə vurdu ki, hətta podnosdakı stəkanlar belə atılıb-düşdü.

- Sən həyasız kimə deyirsən?

Sən elə bilirsən ki, mən maska taxdığım üçün ağzına gələni deyə bilərsən! Sanmsağın biri sarımsaq! Çıx deyirəm sənə! Bank direktoru, sən də nə qədər ki sağsalamatsan, öz xoşunla çıx get! Hamınız çıxın gedin, heç bir haramzadə burada qalmasın!

Haydı, cəhənnəm olun!

Həyəcandan Jestyakovun gözlüyü də tərləmişdi:

- İndi görərik! Mən sizə göstərərəm! Ey, növbətçi, onbaşını çağır! Bir dəqiqədən sonra yaxasına mavi lent taxmış, rəqs etməkdən təngnəfəs olmuş, balacaboylu, kürən bir adam içəri girdi.

- Xahiş edirəm ki, buradan çıxın! – deyə o sözə başladı. – Bura içki içilən yer deyil! Bufetə buyurun! Maskalı kişi soruşdu: – Sən haradan çıxdın? Mən səni çağırdım ki?

- Xahiş edirəm ki, “sən, sən” deyə danışmayın, çıxın gedin!

- Bilirsən nə var, möhtərəm cənab, sənə bir dəqiqə vaxt verirəm…

Sən buranın onbaşısı və əsas simasısan, bütün bu artistlərin qolundan yapışıb apar. Burada kənar adam olanda mənim mamzellərimin xoşuna gəlmir…

Sıxılırlar. Mənsə verdiyim pulun müqabilində istəyirəm ki, onlar çılpaq olsunlar. Jestyakov çığırdı: – Yəqin, bu yekəbaş elə güman eləyir ki, tövləyə gəlmişdir! Yev- strat Spiridonıçı bura çağırın! – Yevstrat Spiridonıç! – deyə bütün klub boyu səs eşidildi.

- Yevstrat Spiridonıç haradadır?

Çox keçmədi ki, polis mundiri geymiş qoca Yevstrat Spiridonıç gəlib çıxdı. O, qorxunc gözlərini bərəldib, rənglənmiş bığlannı eşəeşə xırıltılı bir səslə dedi:

- Xahiş edirəm, buradan çıxıb gedəsiniz!

Maskalı adam:

- Qorxdum ha! – dedi və qəhqəhə ilə ürəkdən güldü.

- Yaman qorxdum! Siz allah, bir bunun sir-sifətinə baxın! Bığları erkək pişiyin bığlarına oxşayır, gözlərini gör necə bərəldib… Hi-hi-hi!

- Xahiş edirəm, artıq-əskik danışmayasınız!

- deyə Yevstrat Spiridonıç var qüvvəsi ilə çığırdı və bədəni əsdi. – Rədd ol buradan! Bu saat əmr edərəm ki, səni buradan çıxartsınlar!

Qiraətxanada aləm bir-birinə qarışmışdı. Xərçəng kimi qızarmış Yevstrat Spiridonıç ayağını yerə döyə-döyə çığırırdı. Jestyakov çığırırdı. Belebuxin çığırırdı. Ziyalıların hamısı çığırırdı, lakin maskalı adamın yoğun səsi onların səsini batınrdı. Şuluqluq düşdüyünə görə rəqs dayandınldı və salondakı camaat qiraətxanaya doluşdu. Yevstrat Spiridonıç maskalı adamı qorxutmaq məqsədilə klubda olan polislərin hamısını çağırdı və oturub protokol yazmağa başladı.

Maskalı adam barmağını kağıza toxunduraraq deyirdi:

- Yaz, yaz! İndi, görəsən, mən yazığın işi necə olacaq?! Yazıq canım! Mən yetimi nə üçün məhv edirsiniz? Ha-ha! Hə, nə oldu? Protokol hazırdırmı? Hamı qol çəkdimi? Hə, indi tamaşa edin!..

Bir… iki… üç!

Maskalı adam ayağa qalxıb dikəldi və üzündəki maskanı dartıb qopartdı. Sərxoşluq yağan sifətini camaata göstərdi, hamıya baxdı və bu səhnənin bağışladığı təsirdən xoşlanaraq, özünü kresloya yıxıb qəhqəhə ilə güldü. Doğrudan da, o, böyük təsir bağışlamışdı. Bütün ziyalılar özlərini itirərək bir-birinə baxdı və rəngləri ağardı.

Bəziləri peysərini qaşıdı. Yevstrat Spiridonıç bilməyərəkdən böyük bir axmaqlıq etmiş adam kimi pıqqıldadı. Şuluqluq salan maskalı adam yerli milyoner, fabrikant, nəslən möhtərəm vətəndaş olan Pyatiqorov idi. O, öz davakarlığı, xeyirxahlığı və yerli qəzetdə bir neçə dəfə yazıldığı kimi, mədəniyyətpərvərliyi ilə məşhur idi. Pyatiqorov bir az susduqdan sonra:

- Hə, nə deyirsiniz, gedəcəksiniz, ya yox? – deyə soruşdu. Ziyalılar dinməz-söyləməz, pəncələri üstə qiraətxanadan çıxdılar, onlar çıxan kimi Pyatiqorov qapını örtdü. Bir dəqiqədən sonra Yevstrat Spiridonıç qiraətxanaya çaxır aparan xidmətçinin çiynindən tutub silkələdi və xırıltılı bir səslə dedi:

- Sən ki onun Pyatiqorov olduğunu bilirdin! Bəs niyə susurdun? – Deməyə icazə vermirdi! – Deməyə icazə vermirdi… Səfehin biri səfeh! Bir ay səni qoduqluğa basaram, onda bilərsən ki, deməyə icazə vermirdi nədir! İtil!

Siz də ki, ağalar, yamanca üsyan qaldırmışdınız?

Guya, on dəqiqəliyə qiraətxanadan çıxa bilməzdiniz! – deyə o, ziyalılara müraciət etdi.

- Budur, indi əməlinizin cəzasını çəkin! Eh, ağalar, ağalar… Vallah, mən belə şeyləri sevmirəm!

Ziyalılar klubda məyus və şaşqın halda, günahkar adam kimi gəzişir və pıçıldaşırdılar, sanki, onlar pis bir işin baş verəcəyini qabaqcadan hiss edirdilər…

Onlann arvadlan və qızlan da Pyatiqorovun “incidiyini” və acıqlandığını bilib sakitləşdilər, evlərinə dağılışmağa başladılar. Rəqs dayandırılmışdı. Saat ikidə Pyatiqorov qiraətxanadan çıxdı. O, sərxoş idi və səndələyirdi. Salona girərək orkestrin yanında oturdu, musiqinin səsi ilə mürgüləməyə başladı, sonra başını endirərək xoruldadı.

- Çalmayın! – deyə onbaşılar musiqiçilərə işarə elədi.

- Sakit! Yeqor Nilıç yatır… Belebuxin milyonerin qulağına tərəf əyilib soruşdu:

- Yeqor Nilıç, əmr edirsinizmi, sizi evinizə ötürək! Pyatiqorov dodaqlannı elə bir hala saldı ki, sanki, yanağına qonan milçəyi qovmaq istəyirdi. – Əmr edirsinizmi, sizi evinizə ötürək, – deyə Belebuxin təkrar etdi.

- Bəlkə, deyək, ekipaj versinlər? – Hə? Kimi? Sən… Sənə nə lazımdır? – Sizi evə ötürsünlər… Yatmaq vaxtıdır…

- E-wə istəyirəm…

Ötür!

Sevincindən Belebuxinin üzü güldü və Pyatiqorovu yerindən qaldırmağa başladı. Başqa ziyalılar da onun köməyinə gəldi və məmnun halda gülümsəyərək nəslən möhtərəm vətəndaşı yerdən qaldırıb üsulluca ekipaja apardılar. Jestyakov onu ekipaja mindirəndə iftixarla dedi: – Bütün bir məclisi ancaq artist, ya da böyük bir talant bu cür dolaya bilər. Yeqor Nilıç, mən lap mat qalmışdım! İndiyədək gülürəm…

Ha-ha… Biz də özümüzdən çıxırdıq, canfəşanlıq eləyirdik! Haha! İnanın ki, heç teatrlarda da belə gülməmişdim. Heç belə komediya olmazdı! Bu axşamı bütün ömrüm boyu yad edəcəyəm!

Pyatiqorovu ötürdükdən sonra ziyalılar sevindilər və sakitləşdilər. Jestyakov çox məmnun bir halda dedi:

- Ayrılanda mənim əlimi sıxdı. Demək, işlər yaxşıdır, qəzəblənməmişdir…

Yevstrat Spiridonıç köksünü ötürdü: -Allah eləsin! Rəzil, alçaq adamdır, ancaq xeyir verəndir!.. Onu acıqlandırmaq olmaz!..

1884